
Təhlükəsizlik arxitekturası
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Qondarma ittihamla həbs edə bilərlər ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
Son həftələrin ən qalmaqallı mövzusu 30 martda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində 442 mənzili güzəştlə bir neçə saniyəyə satması olmuşdu. Mən də bu məsələyə münasibətimi bildirmişdim və ortada cinayət əməlinin olduğunu vurğulamışdım. Misli görünməyən biabırçılıq idi! Eyni zamanda da dövlətimiz üçün test idi. Korrupsiyaya qarşı mübarizə testi.
Bu testin nəticəsi bu gün bəlli oldu. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qısa zamanda həyata keçirdiyi araşdırma nəticəsində bu cinayətin üstü açılıb.
Əslində, söhbət yalnız bu mənzillərdən, onların qanunsuz satılmasından və hansısa aztəminatlı vətəndaşımızın haqqına girilməsindən getmir. Məsələnin məğzi bütövlükdə dövlətə etimaddadır. Xüsusilə aztəminatlı təbəqələr tərəfindən. Korrupsiya bizdə artıq çoxdan dövlət təhlükəsizliyi məsələsidir. Korrupsiyanı boğa bilməsək, dövlətçiliyimizin özü təhlükə altında olacaq. Bu baxımdan DTX-nin çevik əməliyyatları təqdirəlayiqdir.
Prinsipcə, son dövrdə korrupsiyaya qarşı real mübarizə aparan yalnız DTX-dir. Digərlərinin isə işi görünmür. Ümumiyyətlə, eyni fəaliyyətin bir neçə qurumun təkrarlaması yaxşı hal deyil. Bütün səlahiyyətlər bir qurumun əlində olanda, həm iş gedir, həm də bütün məsuliyyət onun üzərində olur.
Ümid edirəm ki, nə vaxtsa korrupsiya Azərbaycanda dövlət təhlükəsizliyi məsələsi olmayacaq. Amma buna yəqin ki, hələ çox var...