
... Sədr və katib dəyişəcək
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
“Bank standard"in kreditorlarinin nəzərinə: Komitənin tərkibi, ...
MBNP-da iclas başladı
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
ƏSF onları kompensasiya etməkdən niyə imtina edir?
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
Lisenziyası alınan bankda nələr baş verirdi?
AMB ilə MBNP-nin hərəsinin ağzından bir avaz gəlir
Kredit portfelində isə bundan 2 dəfəyə yaxın azalma var
MBNP xəbərdarlıq etdi
... Və ya yeni rəhbərlə bağlı gözləntilərim
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
Ötən il Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bütün müflis bankların yeni yaradılmış Kredit bürosuna qoşulmasını həyata keçirib, bununla bağlı (proqram təminatı, işçilərin təlimatlandırılması və s.) xeyli xərc çəkib (təbii, bağlanmış bankların, daha doğrusu onların zavallı kreditorları, əmanətçiləri hesabına). Bunu ləğv prosesinə nəzarət edən apelyasiya məhkəməsinə belə izah edib ki, guya Mərkəzləşdirilmiş Kredit Reyestrinin funksiyaları Kredit bürosuna keçib. İşdən başı çıxmayan hakimlər də bu xərcləri təsdiqləyib. Təbii, hakimlər Fondun və ona faktiki nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatasının bu qədər savadsız və (və ya) ziyanverici olduğunu təsəvvür edə bilmir.
Belə ki, əslində Mərkəzləşdirilmiş Kredit Reyestrinin funksiyalarının Kredit bürosuna keçməsi həqiqətə uyğun deyil. Belə ki, “Banklar haqqında” Qanunun 35.4-cü maddəsində deyilir: “Banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Yəni bu iki qurum paralel fəaliyyət göstərir, birinin funksiyaları digərinə keçməyib!
Ən əsası isə “Kredit büroları haqqında” Qanunun 12.1-ci maddəsinə görə yalnız kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. Lakin müflis bank artıq kredit təşkilatı deyil, çünki lisenziyası ləğv edilib. Buna görə də müflis bank heç bir halda Kredit bürosuna qoşulmamalıdır.
Beləliklə, ləğv prosesində olan bankın Kredit bürosunda iştirakı, buna səy və vəsaitin sərf edilməsi israfçılıqdır. Yazıq əmanətçilər də gözləyir ki, pullarını sağa-sola (əsasən sola!) xərcləyən Fond onlara nəsə qaytaracaq...