
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
MBNP-da iclas başladı
Fondun və Maliyyə Bazarlarına Nəzarət Palatasının savadsızlığı və ziyankarlığı davamı edir
Milyon manatlıq mebel, ipək xalçalar, gizli kassalar və daha nələr ...
... Yaxud sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
Palata valyutadəyişmə məntəqələri ilə mənasız qərarını gec də olsa dəyişdirdi
Palata: «Defoltla bağlı təhdidlər mövcud deyil»
Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
Lisenziyası alınan bankda nələr baş verirdi?
AMB ilə MBNP-nin hərəsinin ağzından bir avaz gəlir
Kredit portfelində isə bundan 2 dəfəyə yaxın azalma var
Müflis bank artıq bank deyil, deməli, bank sirri rejimi də yoxdur!
Prezidentin iki dəfə verdiyi tapşırığı yerinə yetirməyən, dövlətin nüfuzuna xələl vuran kimdir?
Aslanlının «ovlayacağı» beşlikdə kimlər var?
Müflis bankları yoxlamış audit şirkətini kimlər himayə edir?
«Hazırda Azərbaycan banklarında, təxminən, 2 milyard manat həcmində qeyri-işlək aktiv, vaxtı keçmiş kredit var və banklar bu aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmağa məcburdur».
VAXT.AZ xəbər verir ki, bu barədə Bakıda keçirilən «Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası» adlı II Bankçılıq Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə qeyri-işlək aktivlərin ötürülməsi üçün hüquqi mexanizm yoxdur: «Bəzən banklar vaxtı keçmiş kreditlərin yığılmasını kollektor agentliklərinə həvalə edir. Halbuki, onların fəaliyyəti əslində qanunsuzdur. Bank sirri yalnız müştərinin özünə, məhkəmə və nəzarət orqanına bəlli ola bilər».
Bundan başqa, N.Babayev qeyd edib ki, məhkəmə qərarlarının icrası, girov əmlakın satışı böyük problemlərlə müşayiət olunur: «Məcburi icraya görə 7 faiz haqq ödənilməlidir. Məsələn, dəyəri 2 milyon manat olan əmlak üzrə bu rəqəm 140 min manat təşkil edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Girovların satışının həyata keçirilməsi üçün ölkədə cəmi 1-2 hərrac təşkilatı var və rəqabətsiz şəraitdə onlar istədikləri qiymətləri diktə edir. Təminatın satılmasından mənfəət əldə edilmədiyi halda, ondan vergi tutulur, halbuki, dünya təcrübəsində bu, yoxdur. Qiymətləndirmə institutuna da baxılmalıdır. Bir neçə şirkət var və onlar konkret banklarla əməkdaşlıq edir. Onların təyin etdiyi qiymət nə dərəcədə ədalətlidir? Müflisləşmə ilə bağlı qanunvericilik də təkmilləşdirilməlidir və ümumilikdə, bütün bu məsələlər tənzimlənməlidir».