vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
13:35 | 15 mart 2019 | Cümə Məqaləyə 932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Accessbank”ın böyük yalanı

Borclu sahibkarları tutduran, hədə ilə daşınmaz əmlaklarını əllərindən dəyər-dəyməzə alan bank qanunu pozaraq rəqəmlərini şişirdir

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən ölkə mətbuatı ötən ili zərərlə başa vurmuş 5 bankdan biri olan “Accessbank”a yeni səhmdarların daxil olması və onun nizamnamə kapitalının artması haqda xəbərlər yayıb. Belə ki, bank bildirib ki, nizamnamə kapitalı 118,5 milyon manat artaraq 258 milyon manata çatdırılıb. Bu, ağ yalandır!

Belə ki, bankın saytına (https://www.accessbank.az/…/Balans_hesabat%C4%B1_(31.12.201…) əsasən ötən ilin sonuna onun kapitalı (xalis aktivi) cəmi 56,569 milyon  manat olub. Deməli, dünən bəyan edilmiş artımdan sonra bankın nizamnamə kapitalı 258 milyon  manat deyil, 175,069 milyon  manat olub (56,569 milyon + 118,5 milyon ). Təxmini 83 milyon  manat şişirtmə faktı göz qabağındadır!

Bank bu fokusu necə edib? Çox sadə! Belə ki, onun qeydiyyata alınmış nizamnamə kapitalı 140,25839 milyon  manatdır (əslində, bankda bu pul çoxdan yoxdur!). Dünən bəyan etdiyi artım rəqəmini (118,5 milyon  manat) avtomatik olaraq qeydiyyata alınmış nizamnamə kapitalının (140,25839 milyon  manat) üstünə gəlir və utanmaz-utanmaz deyir ki, nizamnamə kapitalım 258 milyon  oldu. Əslində, bu, kobud qanun pozuntusudur!

Belə ki, Mülki Məcəllənin 103.5-cü maddəsinə əsasən əgər maliyyə ili başa çatarkən səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Yəni nizamnamə kapitalını faktiki xalis aktivinə uyğunlaşdırmalı, əlində olmayan vəsaitlə ictimaiyyəti çaşdırmamalıdır. “Accessbank”ın dünənədək nizamnamə kapitalı kağız üzərində 140,25839 milyon  manat olsa da, xalis aktivləri cəmi 56,569 milyon  manatdır. Buna görə də sözügedən maddəyə əsasən əvvəlcə nizamnamə kapitalını azaltmalı, yəni 56,569 milyon  manat kimi müəyyən etməli, yalnız bundan sonra artıma getməli idi. Bu halda da, qeyd etdiyim kimi, artımdan sonra onun nizamnamə kapitalı 258 milyon  manat deyil, 175,069 milyon  manat olacaq.

“Accessbank” niyə belə edir? İctimaiyyəti, müştərilərini çaşdırmaq, vəziyyətini olduğundan daha yaxşı göstərmək istəyir. Əslində isə vəziyyəti yaxşı deyil. Məhz buna görə də onun təsisçiləri banka əlavə pul qoymaq istəmədi və o, yeni səhmdarlar axtarmağa vadar oldu. Yaxşı işləyirsənsə, mövcud sahiblərin niyə paylarının azalmasına razı oldu? Təsadüfi deyil ki, ötən il “Fitch” agentliyi bankın reytinqini “C”-yə endirdi, yəni müflisləşmə ehtimalı olduqca böyükdür (bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir).

P.S. Əvvəllər bildirdiyim kimi, “Accessbank”ın ağır vəziyyətinin əsas səbəbi yüksək həcmdə olan problemli kreditləridir. Konstitusiya Məhkəməsi də bu il bankın illərlə tətbiq etdiyi kredit limiti sxeminin nöqsanlarını təsdiqlədi. Nəticədə bankın ötən il təyin olunmuş xarici rəhbəri istefa verdi və tarixində ilk dəfə banka yerli kadr rəhbərlik etməyə başladı. Bu rəhbər də dərhal kreditlərin qaytarılmasını yenicə yaradılmış və qanunsuz fəaliyyət göstərən kollektor şirkətinə tapşırdı. Üstəlik hüquq-mühafizə orqanlarına müraciət edərək borclu sahibkarların ondan qanunsuz kredit götürdüyünü bildirdi (halbuki, buna görə ilk növbədə elə bankın rəhbərliyi məsuliyyət daşıyır). Faktiki olaraq isə illərlə ona etimad etmiş sahibkarların “qara mühasibat”ını açıqladı. Nəticədə xeyli sahibkar həbs olundu, daşınmaz əmlakları hədə ilə əllərindən dəyər-dəyməzə alındı. Bununla da məlum oldu ki, səhmdarları beynəlxalq maliyyə qurumları, şüarı isə “Sizin yerli Avropa bankınız” və devalvasiyadan sonra müştərilərinə güzəşt etməmiş yeganə bank olan “Accessbank” yerli kapitallı banklardan daha qəddar və irticaçıdır. Ən əsası isə məlum oldu ki, bank artıq yaşamaq uğrunda deyil, sadəcə pulunu qaytarmaq üçün fəaliyyət göstərir. Çünki bu qədər qanunsuz kredit vermiş və müştərilərini kütləvi şəkildə hüquq-mühafizə orqanlarının ayağına verən banka böyük ehtimalla əmanətçilər və borcalanlar etimad etməyəcək. Bu bankın ətrafındakı qalmaqal həmçinin xaricdə yerləşən “milli” mətbuatımızın da iç üzünü açdı. Yerli bankları ən xırda şeylərə görə tənqid edən həmin mətbuat “Accessbank” barədə bir kəlmə də yazmadı və demədi!

Bir sıra sahibkarlara qarşı “Accessbank”ın təşəbbüsü ilə başlanmış cinayət işləri üzrə yaxında məhkəmə prosesləri də başlayır. Çox maraqlı olacaq! İlk növbədə elə bu bankın öz iç üzü açılacaq...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)