vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1060 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3763 AZN
Türk lirəsi 1 TRY = 0.4519 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:57 | 9 fevral 2018 | Cümə Məqaləyə 457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«DəmirBank»dan müştərisinə zərbə

Bankın daha bir fırıldağı üzə çıxdı, Zərbəliyev kampaniyada aldadılıb

İlhamə ABDULLAYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Bankların «dollar kampaniyası»nın qurbanı olan əmanətçilərin sayı az deyil. Dolların 1,95-ə qədər qalxan vaxtında «DəmirBank»a 12 500 dollar əmanət yerləşdirən Bakı sakini İlkin Zərbəliyev bununla bağlı FED.az-a müraciət edib.


Hesabımı bloklayıblar

 

İ.Zərbəliyevin açıqlamasına görə, 2016-cı ilin dekabr ayında «DəmirBank»ın Nəsimi filialına əmanət qoymaq üçün müraciət edib. Bu zaman onun əmanət müqaviləsi belə rəsmiləşdirilib ki, əsas müqavilədə 12 500 dolların 3 faiz ilə götürüldüyü və qorunan olduğu, müqaviləyə əlavədə isə dollar əmanətinə 2 faiz əlavə bonus hesablandığı qeyd edilib.

«DəmirBank»ın lisenziyası ləğv edildikdən sonra isə əmanətlərin qaytarılması Əmanətlərin  Sığortalanması Fondu tərəfindən həyata keçirir. Bundan sonra Bankın baş ofisinə gedən İ.Zərbəliyevə bildirilib ki, onun hesabına blok qoyulub. Beləliklə, bağlanan bankın müştərisi öz pulunu ala bilmir: «Qorunan hissəni belə vermirlər. Deyirlər ki, əmanət ümumilikdə 5 faiz ilə qoyulub və qorunmayan əmanətlər kateqoriyasına düşə bilər».

 

Qanun çərçivəsində addım atılacaq

 

Bununla bağlı şikayətçi ilə yanaşı tərəflərin də mövqeyini öyrəndik. Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətinin rəhbəri Fuad Hüseynəliyev bildirdi ki, fond bütün əmanətçilərin öz pullarını almasına çalışır. Konkret olaraq İ.Zərbəliyevin vəziyyətinə gəlincə, ADİF bu məsələnin qanun çərçivəsində və əmanətçinin xeyrinə həllinə tərəfdardır.

 

Bank rəhbərini məhkəməyə verin

 

Hüquqşünas Əkrəm Həsənov isə məsələnin qanuni tərəflərini izah etdi. Onun sözlərinə görə, «DəmirBank» həmin bonus kampaniyası ilə  xeyli sayda insanı aldadıb və bu məsələdə cavabdeh tərəflər  var: «Faktiki olaraq vətəndaşın əmanəti 5 faizlə yerləşdirilib. Bu məsələdə ADİF-i günahlandırmaq olmaz. Adını başqa cür qoymaq da olayın mahiyyətini dəyişmir».

Hüquqşünas çıxış yolu kimi təklif etdi ki, kreditorlar aldadılıb və onlar bankın həmin vaxtkı rəhbərini məhkəməyə versinlər: «Çünki «DəmirBank»ın rəhbərliyi «sığortalıdır» adı ilə faktiki olaraq vətəndaşları aldadıblar».

Qeyd edək ki, «DəmirBank»ın Müşahidə Şurasının sədri Rəhman Hacıyev olub.2016-cı ilin aprelindən isə İdarə Heyətinin sədri vəzifəsinin Fərid Abuşov icra edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *