vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DÜNYA  
16:53 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 1265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir ölkədə siyasi böhran

Qırğızıstan hökuməti istefaya getdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qırğızıstanda hökumət istefaya getməyə məcbur olub. Məlumata görə, Sosial Demokrat Partiyası hakim koalisiyadan çıxıb. Bunu jurnalistlərə açıqlamasında partiyanın lideri İsa Omurkulov söyləyib. Onun sözlərinə görə, bu addımın atılmasına koalisiyaya daxil olan digər partiyalarla yaşanan fikir ayrılığı səbəb olub.

Qırğızıstan konstitusiyasına əsasən, koalisiyadan bir partiyanın çıxması onun dağılması deməkdir. Belə olan halda hökumət istefaya getməli və yeni kabinet formalaşdırılmalıdır.

Xatırladaq ki, Qırğızıstanda parlament seçkiləri ötən ilin oktyabrında keçirilib. İndiki baş nazir Sooronbay Jeenbekovun rəhbərlik etdiyi hökumət isə 2016-cı ilin aprelində formalaşdırılıb.

«Qırğızıstanda parlament koalisiyası dağılıb. Son 6 ildə 5-ci dəfə yeni hökumət formalaşdırılacaq». Bu sözləri politoloq Şahin Cəfərli hadisəyə münasibət bildirərkən deyib. Politoloq daha sonra qeyd edib ki: «İlk baxışdan bu faktı qeyri-sabitlik göstəricisi kimi qiymətləndirmək olar, lakin bu, həm də Qırğızıstan demokratiyasının gəldiyi səviyyənin göstəricisidir. Ölkə son illərdə koalisiya hökumətləri tərəfindən idarə olunur. Siyasi mədəniyyətin, plüralist demokratiyanın yerləşməsi baxımından bunun önəmi böyükdür.

Qırğızıstanda parlament seçkiləri tam proporsional qaydada keçirilir.Maraqlıdır ki, bir partiyanın 120 nəfərdən ibarət parlamentdə 65-dən artıq yer tutması Konstitusiya ilə qadağan olunub. Sonuncu seçkidə qanunverici orqana 6 siyasi partiya keçib, prezidentin partiyası 26,8 faiz səs alıb. Mərkəzi Asiya kimi mürəkkəb regionda yerləşən, hər hansı Avropa strukturuna daxil olmayan, Rusiyanın nüfuz dairəsindəki bir ölkə üçün bütün bunlar çox böyük nailiyyətdir», - deyə Ş.Cəfərli fikrini yekunlaşdırıb.