vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
13:27 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 817 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə bir-birinizi öldürmək istəyirsiniz?»

«Dünyada silah satışı yarışını yalnız BMT durdura bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq Dayanıqlı İnkişaf üçün Enerji Təşkilatının rəhbəri Dr. Qustav R. Qrob «Gündəlik Avrasiya»ya eksklüziv müsahibə verib. Vaxt.az müsahibəni təqdim edir.

- Bakıda «Dayanıqlı inkişaf üçün enerji» VII beynəlxalq forumu keçirilir. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanın Avropa və Avrasiyanın tam ortasında yerləşməsi iki qitə arasında möhtəşəm bir körpü rolunu oynayır. Avrasiya  davamlı böyük enerji ehtiyatlarına malikdir. Məsələn, Pakistan Paris müqaviləsinin bütün maddələrini ödəyəcək gücə sahibdir. Mənim Çin, Hindistan kimi böyük dövlətlər daxil olmaqla,  bu regiona tövsiyəm  investisiyalarını silaha deyil, davamlı enerji mənbələrinə yatırmaqdır. Niyə bir-birinizi öldürmək istəyirsiniz? Hindistan bundan əvvəl Rusiya ilə müqavilə imzaladı. Milyard dollarını silaha yatırdı. Digər tərəfdən, Çin silahlara böyük miqdarda pul xərcləyir.

 

- Amma ABŞ da dünyanın ən böyük silah satıcısıdır və silahlara çox sərmayə qoyur.

- Bəli, bilirəm. Bu dəyişmək məcburiyyətindədir. Mən bunun təkcə Birləşmiş Millətlər vasitəsilə dəyişəcəyini  hesab edirəm. BMT-nin təşəbbüsü ilə Paris Müqaviləsi inkişaf üçün böyük bir ümiddir.

 

- Gələcəyin enerjisi necə olacaq, dayanaqlı enerji gələcəyin enerjisi ola bilərmi?

- Hər kəs fikirləşir ki, nüvə enerjisi həll yoludur. Bu  iqtisadi cəhətdən çox bahalı və çox riskli həll yoludur. Bu Fukusima kimi risklidir. Bu texnologiya, Birləşmiş Millətlər tərəfindən qadağan olunmalıdır.

 

- Cənubi Qafqaz, MDB ölkələri və Orta Asiyada bu davamlı enerji alternativlərinin potensialını necə  qiymətləndirirsiniz?

- Əlbəttə, Qazaxıstan, Azərbaycan kimi bəzi ölkələrin bəzi neft və qaz ehtiyatları var. Pakistan Cənubi Çində təmiz enerji sistemləri  yaradır. Mənim ümidim, gələcək nəslin daha yaxşı işlərə imza atacağıdır.

 

- Davamlı enerji ölkələr arasında gedən münaqişədə həll aləti kimi işlədilə bilərmi?

- Qətiyyən, indi Suriyada müharibə gedir. İŞİD torpaq sərvətlərini oğurlamaqla apardığı əməliyyatları maliyyələşdirir. Tarixdə bir çox müharibələr torpaq üstündə baş verib. Hitler ölkələri mənbələrinə, ehtiyatlarına görə işğal etmək istəyirdi. Hətta Əfqanıstanda baş verənlər də bir neft müharibəsi idi. Səudiyyə Ərəbistanı şeyxi Yamaninin belə bir sözü var: «Daş dövrü daş çatışmazlığından bitmədi, eyni şəkildə neft dövrü də neft çatışmazlığından bitməyəcək, yeni texnologiya vasitəsilə başa çatacaq».