vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
13:19 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 654 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın təhlükəsizliyini İsrail qoruyur?

Yevda Abramov: ««Mossad»ın Azərbaycanla əldə etdiyi razılığı pozması mümkün deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin yəhidi əsilli deputatı Yevda Abramov Azərbaycanın burada keçirilən beynəlxalq səviyyəli tədbirlərdə, idman oyunlarında təhlükəsizliyin təmin olunmasında İsrailin «Mossad» təşkilatı ilə əməkdaşlıq etdiyini təsdiqləyib.

Sputnik-in məlumatına görə, modern.az-da müsahibəsində millət vəkili deyib ki, İsrail bu gün müttəfiq və dost olduğu ölkələrə özünün təhlükəsizlik xidmətlərini təklif edir.  «Bu gün «Mossad» Azərbaycanın xüsusi xidmət orqanları ilə çox yüksək səviyyədə əməkdaşlıq edir. Bu əvvəl də belə olub, indi də belədir.» – deyə deputat bildirib. «2012-ci ildə Bakıda «Eurovision» mahnı yarışması keçirilən zaman «Baku Kristal Hall»a yaxın yerdə, Xəzərdə suyun altında «Mossad»ın akvalanqçı əməkdaşları İrandan Azərbaycana gələn terrorçuları tutdu.» – deyən Abramovun sözlərinə görə, «Qaradağdakı transformatordan yazan və İsraili hər zaman hədəfə alan, antiisrail yazılarla çıxış edən Azərbaycandakı bəzi jurnalistlər, KİV-lər» «Mossad»ın həmin xidmətlərini görməyiblər.

«Avropa Oyunlarında da Bakının təhlükəsizliyini, oyun keçirilən əsas strateji obyektləri, məntəqələri «Mossad» qorudu. Bəs görəsən jurnalistlər bunu niyə yazmırlar? Çünki yaza bilməzlər. Bunu yazsalar, İrandan ona verilən «salam» bir də verilməyəcək», – deyə yəhudi deputat əlavə edib.

Abramov onu da deyib ki, «Mossad»ın Azərbaycanla əldə etdiyi razılığı pozması mümkün deyil.  ««Mossad» öz dostlarına heç vaxt xəyanət etməz. Hansı dövlət özünün xidmət göstərdiyi dostunu itirmək istəyər? Bu gün Azərbaycanı İsraildə ən yüksək dairələrdə qəbul edirlər. Ən yaxşı dostlarımız İsraildə ən yüksək vəzifələrdə təmsil olunurlar. Məsələn, Aviqdor Liberman. Mənim dostum, vaxtilə Knessetin deputatı, sonra xarici işlər naziri olmuş Liberman bu gün ən strateji və mühüm post olan müdafiə naziri vəzifəsindədir. Aviqdor Liberman Azərbaycanı çox sevir. O, deputat, xarici işlər naziri olanda dəfələrlə Azərbaycana səfər edib. Cənab prezident İlham Əliyevlə, parlamentin spikeri Oqtay Əsədovla da görüşüb», – deyə Abramov bildirib. 

Deputat Ermənistanın Rusiyadan aldığı «İsgəndər-E» uzaqvuran raketi ilə bağlı verdiyi açıqlamanın Ermənistanda ajiotaj yaratması məsələsinə də aydınlıq gətirib:

«Azərbaycan mediasına açıqlama vermişdim ki, Ermənistanın «İsgəndər-E» raketinə sahib olması hələ heç nəyi dəyişə bilməz. Azərbaycan  İsraildən «İsgəndər-E» raketindən də güclü raketlər, komplekslər alacaq. Ermənistanın müdafiə naziri dedi ki, Azərbaycanda yəhudi əsilli deputat bütün Ermənistanı lərzəyə saldı. Bircə cümlə demişdim e. Bunu deməyə haqqım var. Çünki İsrailin indiki müdafiə naziri, vaxtı ilə parlamentlərarası dostluq qrupunda işləmiş, keçmiş sovet vətəndaşı, rusdilli yəhudi Aviqdor Libermandır. O bizim dostumuzdur. Mən İsraildə Libermanla çox sərbəst danışıram. Aramız da açıqdır. Azərbaycanın apardığı siyasətin özü də ona imkan verir ki, İsrail dövləti ona daha yaxın olsun. Çünki regionda dövlətlərimizin oxşar maraqları və cəhətləri var. 25 ildir ki, bizim Dağlıq Qarabağ məsələsi, 40 ildən də çoxdur ki, Fələstin problemi öz həllini tapmır. Bu münaqişələrin həll olunmamasına əsas səbəb odur ki, kənardan ciddi müdaxilə edənlər var. Çünki münaqişələrin həllinə yaxınlaşdıqca, böyük supergüc dövlətlər bu prosesə maneçilik törədirlər».