vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
22:45 | 4 noyabr 2016 | Cümə Məqaləyə 1932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zukerberqə cinayət işi açıldı

«Facebook»un qurucusu millətlərarası ədavətin qızışdırılmasında ittiham edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya hakimiyyəti «Facebook» sosial şəbəkəsinin qurucusu Mark Zukerberqə, həmçinin bu şirkətin top-menecerlərinə qarşı millətlərarası ədavətin qızışdırılması ittihamı üzrə cinayət işi açıb.

Virtualaz.org «Gazeta.ru»ya istinadən bildirir ki, Almaniyanın «Spiegel Online» nəşrinin yazdığına görə, Zukerberqdən savayı, siyahıda «Facebook»un icraçı direktoru Şeril Sebdberqin, Avropada şirkətin maraqlarını təmsil edən Riçard Allenin və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adları var.

Cinayət işinin açılmasına səbəb Vürtsburq şəhərində yaşayan vəkilin şirkətə qarşı iddiası olub. Vəkilin bildirdiyinə görə, sosial şəbəkə istifadəçilərinin qətlə, zorakılığa, Holokostun inkarına və digər hüquq pozuntularına çağırışlarına rəğmən, şirkətin rəhbərliyi buna qarşı heç bir tədbir görmür.