

ABŞ isə bunun hesabına daha da varlanır
Oliqarxlar İnterpolu ələ keçirmək istəyir
Rusiya Avropaya hərbi müdaxiləyə hazırlaşır - şok iddia
Gəlirlər arasında qeyri-bərabərlik müxtəlif ölkələrdə müxtəlif sürətlə yayılır
Rusiya Jirinovskinin acı ağzı ilə Avropanı və postsovet ölkələrini təhdid etdi
«Hədəyə keçmək istəsələr, raketlərimizin mənzilini genişləndirəcəyik»
Qərblə münasibətləri soyutmaq yaxşılığa aparmır
Çelyabinskdəki radiasiya sızıntısının sirri
Sabit faizli qiymətli kağızların geri alınma həcmi yarıbayarı azaldıla bilər
Qərbin günahları heç bir halda Rusiyanınkı ilə müqayisəyə gəlməz...
Öz ölkələrində qadağan etdiyi şeyi başqa yerdə tələb edən riyakarlar
Kim necə hazırlaşır?
Azərbaycan da daxil olmaqla 12 ölkədə cəhənnəm istiləri yaşanacaq
ABŞ-ın yeni sanksiyalarının Rusiya-Avropa alverinə təsiri barədə
İnkişaf etmiş ölkələrdəki kişilərində spermlərin sayı 60 faiz azalıb
Rusiya atom sualtı gəmisini Baltik dənizi sahillərinə yaxınlaşdırdı
Deməli, Avropa bizə təzəcə paxıllıq etməyə başlayan vaxtlardı, dostumla qərara aldıq ki, gedək Almaniyaya, biz də bir az acıq verək, lap partlasınlar.
Nə isə, şələ-küləmizi yığdıq və getdik Berlinə. Yedik, içdik, gəzdik və görəndə ki, burada artıq monitorinq etmədiyimiz kol qalmayıb, dedik gedək başqa şəhərə.
Qatara bilet alıb, gəldik vağzala. Vaqonumuzu tapdıq və nə qədər ki, camaat gəlməmiş bütün rəfləri çantalarımızla doldurub, oturduq rahat.
Yerlər də elədir ki, iki kreslo üzü istiqamət tərəfə, ikisi üzbəüzdə və aralarında balaca masa. Bizim yerimiz yaxşı oldu, üzü yola tərəf oturduq. Özümüz kimi, gözləyirik üzbəüzdə kim gələcək.
Bir-iki dəqiqə keçdi və bir cütlük gəlib oturdu qarşımızda. Oğlan hündürboylu, sarışın, mavi gözlər – lap cavanlığım yadıma düşdü. Qız da həmçinin, sarışın, mavi gözlər, üzlərində yazılıb ki, əsl «nemes»dilər. Bizdən uzaq.
Xülasə, bunlar gəldilər, baxdılar rəflər doludur bizim əşyalarımızla, lal-dinməz çantalarını ayaqlarının altına qoyub oturdular yerlərinə.
Oğlan o dəqiqə noutbukunu açıb başladı nəsə yazmağa. Qız da telefonunu əlinə alıb barmaqları ilə keçdi iş başına. Fikirləşdik ki, yəqin bir-birləriylə yazışırlar, danışmağa həvəsləri yoxdur.
Nə isə, qatar yola düşdü, yarım saat, bir saat, dostumla bütün dünya problemlərini müzakirə edib həllini tapdıq və gördük ki, mövzu yoxdur, darıxırıq.
Adə!! Birdən yadımıza düşdü ki, azərbaycanlıyıq, dedik gəl qonşularımızın qeybətini qiraq, başladıq oğlandan. Saçını lağa qoyduq, çəkmələrinə güldük doyunca Sonra keçdik qıza.
Ay bunun yuyulmamış saçına bax, ay bunun manikürsüz dırnaqlarına bax, ay qurban olaram özümüzünkülərə, koftasında ləkə görəndə isə lap sevindik ki, Az.TV düz deyir, Almaniya çökür.
Nə başınızı ağardım, belə məzələnə-məzələnə çatdıq mənzil başına, qatar dayandı, oğlan gülümsəyərək çıxdı, qız isə yerindən qaldı və birdən bizə qayıdasan ki: «Мальчики, я вам обещаю сегодня вечером я и волосы помою, и маникюр сделаю, и кофту постираю. (Oğlanlar, mən sizə söz verirəm ki, bu axşam saçlarımı da yuyacam, dırnaqlarımı manikür də edəcəm, koftamı da yuyacam!)»
Vaxsey!! Sən demə, bunlar rus imiş, biz də «russkoyazıçnı çuşkalar» rusca danışırdıq. Bu sözdən əməllicə pərt olduq. Başladıq üzrxahlıq etməyə - «ay izvinite, ay prostite, ay Qitler kaput!» filan. Amma sözüm onda yox.
Nəyi soruşacaqdım, o düz söhbətdir ki, ayda 130 manata babat dolanmaq olur?
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək