vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:44 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın Trampdan gözləntiləri

Əli Həsənov: «Amerika xalqının seçiminə hörmətlə yanaşırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir». Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib: «Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampi özlərinə növbəti – 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir».

Prezidentin köməkçisi bildirib ki, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq əlaqələri var: "Bunların sırasında enerji sahəsində beynəlxalq əməkdaşlığı qeyd etmək olar. Regional və beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı da buraya aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizlikdir. ABŞ ilə birgə neçə ildir ki, dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesinə qatılıblar. Düşünürük ki, bu sahələrdə əməkdaşlıq davam etdriləcək".

Ə.Həsənov əlavə edib: «Lakin ən böyük gözləntimiz – cənab Prezident İlham Əliyevin də təbrik məktubunda qeyd etdiyi kimi, ABŞ-ın Minsk qrupunda daha aktiv və dinamik fəaliyyət göstərəcəyinə olan ümidimizdir. Düşünürük ki, nəhayət, cənab Trampın rəhbərliyi altında ABŞ Minsk qrupunda bir qədər də aktiv fəaliyyət göstərəcək, neçə illərdir, həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasişəsi öz həllini tapacaq, bu prosesdə status-kvo aradan qalxacaq və bu prosesə bir dinamizm gələcək. Biz bunu gözləyirik və ümid edirik ki, bu, belə də olacaq».

Prezidentin köməkçisi vurğulayıb ki, digər sahələr üzrə ABŞ-Azərbaycan münasibətləri davam edəcək və inkişaf edəcək.