vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
18:01 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 1113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hökumət Urmiya gölünün büdcəsini vermir

Urmiya gölünün bərpası layihələri dayandırıla bilər, deputatlar əhalidən yardım istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Gölünü Bərpa Mərkəzinin katibi İsa Kəlantərinin bu günə qədər hökumət tərəfindən bərpası layihələri üçün hər hansı bir vəsaitin buraxılmadığına dair açıqlamaları ictimaiyyətdə ciddi narahatlıqlara səbəb olub.

Urmiya gölü üçün nəzərdə tutulmuş vəsaitin Həsən Ruhani hökuməti tərəfindən verilməməsini tənqid edən siyasətçilərdən biri, Təbriz millət vəkili Şəhabəddin Bimiqdar xəbər agentliklərinə müsahibədə əhaliyə yardımı üçün müraciət etməyi təklif edib.

Amma oktyabrın 20-də «Nasr News»a danışan İsa Kəlantəri Urmiya gölünü bərpası layihələrinin davamının ancaq hökumətin vəd etdiyi vəsaitin buraxılması ilə mümkün olacağını vurğulayıb.

«Bu il hökumət Urmiya gölünü bərpası layihələrində xərclənmək üçün 1200 milyard tümən vəsait buraxmalı idi. Ancaq bu günə qədər heç bir vəsait verilməyib», deyə bərpa mərkəzinin katibi bildirib. O, eyni zamanda hələ də ümidli olduğunu söyləyib.

Bərpa mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai isə İSNA agentliyi ilə müsahibədə Urmiya gölü ilə bağlı layihələrin dayandırılması ehtimalından söz açıb.

Bununla yanaşı, Türk Bölgələri Fraksiyasının sözçüsü, Təbrizin islahatçı millət vəkili Zəhra Sai məsələ ilə bağlı Həsən Ruhani hökuməti ilə müzakirələrin davam etdiyini bildirib.