vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
11:44 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Masada təkliflər var»

Ceyms Uorlik nikbindir

MÖVZU İLƏ ƏLAQƏLİ

Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Bu barədə «Trend»ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, apreldəki qarşıdurmadan sonra tərəflər ümumilikdə atəşkəs rejiminə riayət edirlər: «Artıq danışıqlar masasında təkliflər var. Bu təkliflər münaqişənin həllinə gətirib çıxara bilər».

Həmsədr əlavə edib: «Biz bu il, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində danışıqlarda irəliləyişə nail olmaq üçün yeni cəhdlər gördük. Ümid edirik ki, tərəflər prosesi irəlilətmək üçün gələcəkdə də konstruktiv işləyəcəklər».

Diplomatın sözlərinə görə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini indidən demək çətindir:

«Şübhə etmirəm ki, ABŞ hakimiyyəti həmsədr ölkələrin köməyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiq qalacaq».

C.Uorlik qeyd edib ki, onun dekabrın 31-dən postunu tərk edəcəyi ilə əlaqədar olaraq, yeni amerikalı həmsədrin adı yaxın gələcəkdə məlum olacaq.