vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:56 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 1096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Axsaq dəvənin kor nalbənd(yanı)i

Sərkisyan rejiminin şikəst xarici siyasətini sürən adamın gözləri «görmür»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Xankəndində yerli separatçıları ruhlandırmaq üçün deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın «müstəqilliyini» tanıya bilər. Nalbəndyan konkret dövlətin adını çəkə bilməyib, yalana oxşayır. Çünki, özünə hörmət edən heç bir dövlət separatçıları tanımaz. Ancaq istisna etmirəm ki, Mərkəzi Amerikada hansısa kiçik dövlət və ya bir neçə min əhalisi olan nöqtə boyda ada ermənilərin hiyləsinə aldanaraq Dağlıq Qarabağın «müstəqilliyini» tanısın». Bu sözləri Atlas Araşdırmaları Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Nalbəndyanın açıqlamasına münasibət bildirərkən deyib.

Vaxtilə bir neçə dövlət Rusiyaya xoş gəlmək üçün Abxaziya və Cənubi Osetiyanın «müstəqilliklərini» tanımışdı deyən politoloq qeyd edib ki, «bu mənada Azərbaycan XİN həmin «günü» gözləmədən xüsusi bəyanatla çıxış etməlidir ki, Azərbaycan torpaqlarının işğalı üzərində qurulan «dövləti» hansı ölkə tanısa bu beynəlxalq hüquqa zidd olacaq və həmin dövlətə qarşı sanksiyaların qəbuluna çalışılacaq».