vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:38 | 3 mart 2017 | Cümə Məqaləyə 432 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Status kvo dayanıqlı deyil»

Malena Mard: «Hazırlıq işimizdə çox ambisiyalıyıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb».

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: «Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var».


***


«Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik».

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, «status kvo» dayanıqlı deyil: «Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber mütəmadi olaraq regiona səfər edir. O, hazırda bacardığı qədər tez müddətdə Azərbaycana səfər etməyi planlaşdırır».