vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
20:41 | 10 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ter-Petrosyan erməniləri «qul» adlandırdı

«Ermənistanda orta sinif məhv edilib»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın birinci prezidenti, «Erməni Milli Konqresi» (EMK) müxalifət partiyasının lideri Levon Ter-Petrosyan erməni KİV-ində dərc edilmiş məqaləsində «həyəcanlı və təhlükəli seçkisonrası əhval-ruhiyyə» mövzusuna toxunub və erməni xalqını «qul» adlandırıb.

EMK lideri, hansı ki, Ermənistan Xalq Partiyası ilə blokda 2 aprel seçkilərində parlamentə keçmək üçün yetərli miqdarda səs yığa bilməyib, bildirib ki, səsvermənin nəticəsinə ən böyük təsiri seçicilərin pulla alınması göstərib.

Ter-Petrosyan eyni zamanda vurğulayıb ki, bu hadisədə kasıblaşmış xalq yox, hakimiyyət günahkardır. EMK lideri hesab edir ki, Ermənistanda orta sinif məhv edilib. Onun sözlərinə görə, halbuki seçkilərin nəticəsini öz səsləri ilə məhz o müəyyən etməlidir.

Ter-Petrosyan öz məqaləsində Dağlıq Qarabağ münaqişəsi mövzusuna da toxunub və bir daha vurğulayıb ki, hazırda danışıqlar masası üzərində olan həll qərarından yaxşı qərar olmayacaq.

Ter-Petrosyanı həm də o narahat edir ki, erməni KİV-ində və sosial şəbəkələrdə bəziləri Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi arasına pazlar vurmağa çalışırlar: «Bu, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin qızışdırılmasına yönəldilib. Bu qəbuledilməzdir. Mərhumiyyətlər, hansılara ki, ermənilər Qarabağdakı müharibəyə görə dözürdülər, qarabağlıların qınanılması üçün əsas deyil».