vaxtlı-vaxtında oxuyun! Şənbə, 11 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:35 | 10 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2287 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Levon Ter-Petrosyan saxta parlamenti toplaşmağa qoymur

Ermənistan Milli Konqresi son qərarını elan etməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamentinin yeni tərkibi nəzərdə tutulduğu kimi, 27 apreldə ilk iclasını keçirməkdən məhrum edilə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu, sabiq prezident Levon Ter-Petrosyanın qərarından asılıdır. Belə ki, eks-prezidentin liderlik etdiyi Ermənistan Milli Konqresi bloku parlament seçkilərinin nəticələrinin ləğvi şikayəti ilə Konstitusiya Məhkəməsinə şikayət etsə, Ermənistan parlamentinin bu aya nəzərdə tutulan ilk iclası ertələnəcək.

Bununla bağlı konstitusiya hüquqları üzrə mütəxəssis Qrayr Tovmasyan mətbuata açıqlamasında deyib. Tovmasyanın sözlərinə görə, Konstitusiya Məhkəməsinə 14 aprel saat 18.00-dək şikayət ünvanlansa, o halda 15 gün ərzində şikayətin araşdırılmasına vaxt sərf olunacaq, bu müddət isə 29 apreldə başa çatacaq. Məhkəmənin yekun qərar verməsi halında erməni parlamenti 18 mayda ilk plenar iclasını keçirə bilər.

Hələ ki, Ermənistan Milli Konqresi məsələ ilə bağlı son qərarını elan etməyib. Hətta 9 apreldə MSK saxta nəticələri elan etdikdən sonra da blokun reaksiyası olmadı. Bundan əvvəl isə, saxta nəticələrin ləğvi üçün Ali Məhkəməyə şikayət olunmuşdu. Görünən budur ki, Levon Ter-Petrosyan Serj Sərksiyan hakimiyyətinin qara kölgəsinə çevrilib.