vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
17:56 | 7 avqust 2019 | Çərşənbə Məqaləyə 2572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Xalqa atəş açır

Qarabağdan gətirilmiş dəstə prezident administrasiyasının zirzəmisində gizlənir və ...

MÖVZU İLƏ ƏLAQƏLİ

BBC rus xidməti İrəvanda 2008-ci il martın 1-də baş vermiş hadisələrin-prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxanlara ordu tərəfindən atəş açılmasının istintaqına dair sənədlərə eksklüziv çıxış əldə edib.

Virtualaz.org xəbər verir ki, bu sənədlərə əsasən Levon Ter-Petrosyanın tərəfdarlarına Qarabağdan aparılmış ordu bölmələri atəş açıb, onlara komandanı isə general Samvel Karapetyan (Ohanovski) verib.

Xatırladaq ki, həmin hadisələr zamanı 10 nümayişçi həlak olub, yüzdən çox adam yaralanıb. Nikol Paşinyan hakimiyyətə gələndən sonra 1 mart 2008-ci il hadisələrinin istintaqını yenidən başladıb və keçmiş prezident Robert Köçəryan da daxil olmaqla əvvəlki rejimin bir sıra nümayəndələri istintaqa cəlb olunub.

BBC-nin əldə etdiyi istintaq sənədlərinə əsasən nümayişçilərin güllələnməsini və etirazların yatırılmasını iki nüfuzlu biznesmen-deputat maliyyələşdirə bilərdi.

İstintaq protokollarına əsasən dindirmə zamanı müstəntiqlər təsdiq ediblər ki, general-mayor Samvel Karapetyan (Ohanovski) nümayişçilərin güllələnməsinə rəhbərlik edib. Belə ki, 2008-ci ildə Karapetyan Qarabağdan İrəvana yeridilən bölmələrə komandanlıq edib. O, həmin faktı 2018-ci ilin avqustunda şahid qismində istintaqa ifadə verərkən təsdiqləyib.

Dindirmə dörd saat davam edib. Həmin hadisələr zamanı Karapetyan-Ohanovski qondarma “dqr müdafiə nazirinin” müavini vəzifəsini tuturdu və bu ilin aprelində istefa verib.

İstintaqın versiyasına görə general Karapetyan-Ohanovski öz tabeçiliyində olanlardan 20 nəfərlik dəstə formalaşdırıb və həmin dəstə Baqramyan prospektində, prezident administrasiyasının zirzəmisində yerləşdirilib. Orada qrupun üzvlərinə bir neçə dəfə həmin vaxt hələ prezident səlahiyyətlərini icra edən Robert Köçəryan və seçkilərdə qələbəsi elan olunan Serj Sərkisyan baş çəkiblər.

Qrupun bütün üzvləri müstəntiqin təsdiq etdiyi kimi, “əmr verilərsə xalqa atəş açmağa hazır olduqlarını” bildirib.

Lakin dindirmə zamanı Karapetyan-Ohanovski bütün ittihamları rədd edərək deyib ki, xalqa atəş açmaq əmrini heç kim verməmişdi. Bununla belə general müstəntiqin suallarına qısa və əsasən inkar cavabları verib. Hərçənd dindirmə zamanı daha bir neçə şahid Karapetyan-Ohanovskiyə qarşı ittihamlar səsləndirib. General şahidlərin dediklərini nə təsdiq, nə inkar edib.

Habelə istintaq sənədlərinə əsasən Qarabağdan aparılmış hərbi bölmələri yeməklə və pulla iki deputat-biznesmen-“Lfik Samo” ləqəbli Samvel Aleksanyan və “Tupoy Qaqo” kimi tanınan Qaqik Tsarukyan təmin ediblər. Onlar da bir neçə dəfə prezident administrasiyasının zirzəmisində yerləşdirilmiş qrupa baş çəkiblər, pul veriblər. Hərçənd hər iki oliqarx onların barəsində irəli sürülən ittihamları rədd edir.

Ermənistanda 1 mart hadisələrinin istintaqını şərh edən ekspertlər deyirlər ki, bu məsələ Paşinyanın keçmiş düşmənlərindən qisas almaq cəhdləri kimi yozulmağa başlayıb. Ona görə də istintaq mümkün qədər şəffaf və düzgün aparılmalıdır.

Karnegi Fondunun baş elmi əməkdaşı Pol Stronski deyir ki, Paşinyan hazırda erməni cəmiyyətində böyük dəstəyə malikdir, amma orduda və generallar arasında ona dəstəyin yetərli olduğunu demək mümkün deyil. Stronski qeyd edib ki, hakimiyyətə gələndən sonra Paşinyan polisin və xüsusi xidmət orqanlarının rəhbərliyinə öz adamlarını yerləşdirib. Amma ordunun rəhbərliyində onun adamları yetərli deyil. Çünki Paşinyanın komandasında hərbi və təhlükəsizlik sahəsində peşəkar kadrlar yoxdur. “Hərbi rəhbərliyi tamamilə dəyişmək mürəkkəb məsələdir, çünki Ermənistan müharibə vəziyyətindədir”, - Stronski deyib.

Cənubi Kaliforniya Universitetindən erməni araşdırmaları İnstitutunun əməkdaşı Emil Sanamyan isə deyir ki, həm də bu istintaq üzündən Paşinyanla Qarabağ elitası arasında münasibətlər yaxşı deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ hakimiyyəti keçmiş prezident Serj Sərkisyanın komandası hesab edilir və belə görünür ki, onlar siyasi meydanı döyüşsüz tərk etməyəcəklər.