vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:05 | 21 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 1911 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, təbii prosesdir»

Ter-Petrosyan: «Qarabağ məsələsində Ermənistan da, Azərbaycan da güzəştlərə razıdır, amma...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın birinci prezidenti, Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan Ermənistanın İctimai Televiziyasının efirindəki çıxışı zamanı «Qarabağ məsələsi niyə həll olunmur» sualına cavab verib.

Modern.az-ın məlumatına görə, Levon Ter-Petrosyan öz cavabında «Kim deyib ki, həll olunmur, birbaşa danışıqlar məhz ona görədir ki, tərəflər onu özləri üçün mümkün qədər daha əlverişli etməyə çalışır.  Ermənistan da, Azərbaycan da buna görə mübarizə aparır. Bu məsələdə fikir ayrılıqları əvvəlcə çoxsaylı idi, indi isə onların sayı cəmi bir-ikidir" deyib.

Kompromislər haqqında danışarkən, Levon Ter-Petrosyan bildirib ki, əgər Azərbaycan güzəştlərə hazır olmasaydı, Minsk qrupunun işlərində ümumiyyətlə iştirak etməzdi.

«İki tərəf güzəştlərə razıdır, amma hər iki tərəf özü üçün maksimum daha əlverişli şərtlər əldə etməyə çalışır. Bu, təbii prosesdir. Nəhayət, belə bir məqam gəlir ki, tərəflər ya hə, ya da yox deyirlər».