vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:38 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 374 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan-Türkiyə hərbi ittifaqı güclənir

Birgə hərbi təlimlərin üç vacib səbəbi

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 1-dən 5-dək Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Maraqlıdır ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Azərbaycan ordusunun genişmiqyaslı təlimlərindən dərhal sonra keçirilir. Azərbaycan ordusunun 30 minlik canlı heyətlə təlimi 16-21 aprel tarixlərində keçirilmişdi. Görünür, Türkiyə ilə birgə hərbi təlimlər apreldəki hərbi təlimlərin davamı kimi planlaşdırılıb. Bundan başqa 2017-ci ildə Türkiyə, Gürcüstan və Azərbaycan arasında da birgə hərbi təlimlər nəzərdə tutulub. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri tərtib olunan cədvələ uyğun keçirilir. Həmin cədvəl isə iki ölkənin dövlət başçıları tərəfindən təsdiq olunub.

Türkiyə ilə birgə hərbi təlimlər bir neçə səbəbdən Azərbaycan üçün vacibdir.

Birincisi, bu təlimlər vasitəsilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi güclənir.

İkincisi, Türkiyə NATO ölkəsidir və Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyənlənir.

Üçüncüsü, Türkiyə ordusu terrorçu PKK ilə mübarizədə böyük təcrübəyə malikdir və döyüşlərin əsas hissəsi dağlarda baş verir. Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan rayonları da dağlıq bölgələrdə yerləşir. Bu baxımdan Türkiyə ordusunun dağ döyüş təcrübəsini öyrənmək Azərbaycan ordusu üçün mühüm əhəmiyyəti kəsb edir.

Dördüncüsü, Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər vasitəsilə Ermənistana və Rusiyaya mesaj yollayır. Mesajın əhəmiyyəti budur ki, əgər Rusiya hərbi baxımdan Ermənistanı müdafiə edirsə, Türkiyə də Azərbaycanı müdafiə edir. Bölgədə Rusiya-Ermənistan birgə hərbi təlimləri keçirildiyi kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də keçiriləcək. Ötən il aprel ayında 4 günlük müharibədən sonra Türkiyənin Konya şəhərində Azərbaycanla birgə hərbi təyyarələrin birgə hərbi təlimi keçirilmişdi.

Buna baxmayaraq, hələ ki, Rusiya-Ermənistan hərbi ittifaqının statusu Türkiyə-Azərbaycan hərbi ittifaqının statusundan yüksəkdir. Çünki Rusiyanın Ermənistanda hərbi bazaları var və İrəvanla hərbi müttəfiqlik haqqında sazişi mövcuddur. Azərbaycan milli təhlükəsizlik konsepsiyasında başqa dövlətin Azərbaycanda hərbi bazasının varlığı göstərilməyib. Ancaq sənəddəki həmin müddəanı dəyişmək də olar. Türkiyənin ən azı Naxçıvanda hərbi bazası olmalıdır. Çünki Dağlıq Qarabağ və ətraf rayonlarla müharibə başlayarsa Naxçıvana Ermənistan istiqamətindən təhlükə yarana bilər. Həmin təhlükədən qorunmaq üçün Türkiyənin Naxçıvanda hərbi bazası olmalıdır.

Ankara ilə Moskva arasındakı dialoq getdikdə genişlənir. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı mayın 3-də Soçiyə səfərə dəvət edib. Böyük ehtimalla görüşdə prezidentlər əsasən Suriyanı müzakirə edəcəklər. Ancaq iki böyük dövlətin liderlərinin görüşlərində Dağlıq Qarabağ mövzusu da ön plana çıxmalıdır. Moskva-Ankara tandemi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Onsuz da münaqişənin həllində ABŞ və Avropa Birliyi dövlətlərinin rolu minimumdur. Rusiya və Türkiyənin Cənubi Qafqazda xüsusi maraqları var. Əgər bu maraqlar çərçivəsində münaqişənin həllində irəriləyiş əldə olunarsa bu hər dörd dövlətin – Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xeyrinə olacaq. Ancaq hələ ki, Moskva bu mövzuda dialoqu genişləndirməyə hazır deyil. Bu dialoq olmadıqca da Rusiya-Ermənistan hərbi ittifaqına qarşı Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənməlidir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)