vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TEXNİKA  
22:20 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnsan genlərini tənzimləyən süni intellekt

Alət təbiətdə mövcud olmayan molekullar yaradır

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İnsan genlərini redaktə edə bilən süni intellekt aləti istehsal edilib. Yeni ixtira xəstəliklərin müalicəsində daha sürətli və dəqiq nəticələr verə bilər. ABŞ-da yerləşən Profluent startapı tərəfindən hazırlanmış alət təbiətdə mövcud olmayan molekullar yaradaraq DNK-nı redaktə edir. Hələ ekspert rəyindən keçməyən və bioRxiv-də dərc edilən araşdırmada bu texnologiyanın iş prinsipinin CRISPR adlı gen redaktə üsuluna əsaslandığı bildirilir.

Emanuel Çarpentier və Cennifer Dudna 2020-ci ildə Kimya üzrə Nobel Mükafatını qazandıran “CRISPR-Cas9” kəşfi genetik kodun redaktə edilməsinə və DNK-da dəqiq dəyişikliklərin edilməsinə imkan verir. Bakteriyaların viruslarla mübarizə apararkən istifadə etdiyi mexanizmdən ilhamlanan bu sistemin ilk dəfə keçən il müalicə məqsədilə istifadəsinə icazə verilib.

Bu texnikadan fərqli olaraq, yeni süni intellekt vasitəsi təbiətdə mövcud olmayan gen tənzimləyiciləri istehsal etməklə işləyir. Kaliforniya San-Fransisko Universitetinin Biomühəndislik və Terapevtik Elmlər Departamentinin rəhbəri Ceyms Freyzer, iştirak etmədiyi tədqiqat haqqında "Bunlar Yer üzündə heç vaxt mövcud olmayan mexanizmlərdir” deyib.

Sistem bunları yaratmağı təbiətdən öyrənsə də, onları yeniləyir.

“Profluent”in texnologiyası “chatbot ChatGPT” süni intellekti də eyni metodla işləyir. “ChatGPT” yeni süni intellekt aləti böyük miqdarda bioloji məlumatları təhlil edərək yeni gen redaktorları yaradır.

“Daily Mail”ə danışan “Profluent”in direktoru Əli Madani, süni intellektin istehsal etdiyi gen redaktorlarının insan hüceyrələrində sınaqdan keçirildiyini və DNK-da arzuolunmaz bölgələri redaktə etmədə yüksək səviyyədə uğur qazandıqlarını söyləyib.

CRISPR ilə əlaqəli (Cas) 5,1 milyon zülaldan ibarət verilənlər bazası ilə təlim keçmiş sistem OpenCRISPR-1 adlı gen redaktoru istehsal edib. Şirkət iddia edir ki, OpenCRISPR-1, Cas zülalları kimi fəaliyyət göstərir və hədəflənməmiş bölgələrə təsirini 95 faiz azaldır.

Şirkət digər tədqiqatçıların öz testlərini keçirə bilməsi üçün bu gen redaktorunu açıq mənbə olaraq buraxdığını açıqlayıb. Digər tərəfdən, onları istehsal edən süni intellekt texnologiyası istifadəyə verilməyib.

CRISPR metodu oraq hüceyrəli anemiya və korluq kimi irsi xəstəliklərə səbəb olan genləri dəyişdirmək üçün bir yol təklif etdiyi üçün səhiyyə sahəsində böyük ümidlər verir. Texnika həmçinin neandertal beyinlərini öyrənmək və xəstəliklərə davamlı bitkilər yetişdirmək üçün də istifadə olunur.

“Profluent”in texnologiyanı may ayında Amerika Gen və Hüceyrə Terapiyası Cəmiyyətinin illik toplantısında təqdim edəcəyi gözlənilir.