vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
23:24 | 13 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həm cəmiyyət qazanar, həm də mətbuat»

Əflatun Amaşov: «İnternet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir»

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Məncə mediamızın iqtisadi durumunu medianı təmin edəcək dərəcədə qura bilməmişik. Necə ki, qəzetlərimiz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşir, eləcə də internet üzərindən yayımlanan resursların fəaliyyəti nəzərə alınmalıdır».

Bunu Mətbuat Şurasının sədri, Milli Məclkisin deputatı Əflatun Amaşov Modern.az-a saytına açıqlamasında deyib.

Deputat deyib ki, internet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir.

«Bu təşəbbüsü bir neçə dəfə qaldırmışam və mənim diqqətimdədir. İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Çünki ictimai fikrin formalaşmasında internet resusrlarının rolunu nəzərə almalıyıq. İndiki şəraitdə dərindən analiz aparsaq, fəaliyyət göstərən internet resurslarına ayrı-ayrı adamlar daha yaxındılar».

Mətbuat Şurasının sədri bildirib ki,  internet medianın  maliyyələşməsi əsasən ayrı-ayrı adamlar vasitəsilə həyata keçirilir.

«Bu da məlumatın cəmiyyətə obyektiv şəkildə ötürülməsində maneə ola bilir. Əgər internet medianı dövlət maliyyələşdirsə, cəmiyyət bundan udar. Cəmiyyət daha çox obyektiv informasiyalar əldə edər. Eyni zamanda, KİV və internet resursları bundan gəlir əldə edər. Öz fəaliyyətlərini daha obyektiv, şəffaf qura bilər. Bundan isə Azərbaycan mətbuatı daha çox uğur qazanar».