vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
KARYERA  
10:48 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 2884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İdeal şərtlər və bəxt

Böyük məqsədlər, zəhmət, əzmkarlıq, iradə gücü və disiplin var

Fəxri AĞAYEV

– Kifayət qədər zamanım olsaydı… – Yaxşı müəllimlər olsaydı… – Bu qədər çox yorulmasaydım… – Ailəm mənə dəstək olsaydı…

Biz daim ideal zaman axtarışındayıq – sağlamlığımız, ailəmiz, dostlarımız, inkişafımız üçün, amma nədənsə bu ideal zamanı tapmaq mümkün olmur. Tam əminliklə iddia edirəm ki, həyatda ideal şərtlər və zaman olmur.

Biz hər zaman ya çox gənc, ya da yaşlı oluruq, ya çox yorğun. Nəysə bizə həmişə mane olur.

İdeal zaman axtarışlarını mən qayaya dırmanma idmanına bənzədirəm.

2 nəfər qaya qarşısında duran insan düşünün. Qayanın üst hissəsinə müvəffəqiyyət var – o üst hissədə insan yuxarıdan bütün gözəllikləri seyr edə bilər.

Bu insanlardan biri durur qayanın önündə, baxır və deyir ki, yox, mən qayaya çıxa bilmərəm. Mənə ideal şərait lazımdır – pilləkənlər, mən zamanında istirahət etməliyəm, mənə dəstək lazımdır və ümumiyyətlə, mən bu qayada əllərimi də yaralaya bilərəm.

Digər insan isə qayaya baxır və anlayır ki, müvəffəqiyyət əldə etməyin digər yolu yoxdur. Qaya – onun müvəffəqiyyətə doğru olan yeganə yoldur, və buna görə də mövcud şəraitə görə davranmaq qərarı alır və qayanı diqqətlə incələyir. Bir çıxıntı görür – tutur əli ilə və özünü çəkir yuxarı. Digər əliylə daşdan tutur və bir az daha dartınır yuxarıya doğru; ayağını bir kiçik qaya parçasına qoyur və bir az daha üst tərəfə çıxır. Beləliklə, çıxıntılardan, daşlardan, parçalardan tutaraq, əllərini yaralayaraq, dırnaqlarını qanadaraq böyük səbir və zəhmətlə yuxarı çıxır və müvəffəqiyyət əldə edir.

Aşağıda qalıb ideal şərtlər gözləyən insan isə nə deyir? Yuxarıda olanı göstərir və deyir ki: «Onun bəxti gətirdi»

Bu gün vaxtını boş və mənasız işlər içində keçirən və gələcəyi üçün kiçik olsa da, addımlar atmayan, bütün gününü mənasız işlər və kiçik zövqlərə ayıran insanlar 5 il sonra BƏXTİNDƏN narazılıq edəcək və zəhmət çəkib məqsədlərinə çatanlar üçün isə «bəxti gətirdi» deyirlər.

Bəxt yoxdur. Böyük məqsədlər, zəhmət, əzmkarlıq, iradə gücü və disiplin var.