vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
14:00 | 10 aprel 2022 | Bazar Məqaləyə 1405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

65 yaşdan aşağı, vaksin olunmuş

Səudiyyə Ərəbistanı bu il həcc ziyarətində milyon zəvvarın iştirakına icazə verəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı şənbə günü bildirib ki, bu il həcc ziyarətində 1 milyon zəvvarın iştirakına icazə verəcək. Bu, iki ildir pandemiya məhdudiyyətləri səbəbilə ölkəyə icazə verilən çox az sayda zəvvarla müqayisədə kəskin bir artımdır.

Həcc nazirliyi “bu il ölkə daxilindən və xaricdən 1 milyon zəvvarın həcc ziyarətinin yerinə yetirməyə icazə verib,” açıqlamada bildirilib.

İslamın beş şərtindən biri olan həcc ziyarəti bütün müsəlmanlar tərəfindən həyatların azı bir dəfə yerinə yetirilməlidir. Adətən dünyanın ən böyük dini toplantılarından biri olan həcc ziyarətində 2019-cu ildə təxminən 2.5 milyon insan iştirak etmişdi.

2020-ci ildə koronavirus pandemiyası başlayandan sonra isə Səudiyyə Ərəbistanı rəsmiləri yalnız 1000 zəvvarın həcc ziyarətini yerinə yetirməyə icazə vermişdi.

Ondan sonrakı il sonra isə lotereya yolu ilə 60 000 tam vaksin olunmuş vətəndaş və sakin seçilmişdi.

Şənbə günü edilən açıqlamada bildirilir ki, bu ilki həcc ziyarəti iyul ayında baş tutacaq və 65 yaşından aşağı vaksin olunmuş zəvvarların iştirakına icazə veriləcək.

Xaricdən gələnlərdən səfərdən öncə 72 saat ərzində mənfi COVİD-19 PCR testi təqdim etməli olacaqlar.

Hökumət zəvvarların təhlükəsizliyini təşviq etmək, “eyni zamanda isə bütün dünyadan maksimum sayda müsəlmanın həcc ziyarətini yerinə yetirə bilməsini təmin etmək istəyir,” şənbə günü yayılan açıqlamada bildirilib.

***

Həcc ziyarəti zamanı beş gün ərzində Məkkə və Səudiyyə Ərəbistanının qərbində ətraf ərazilərdə bir sıra dini mərasimlər keçilir.

Həcc ziyarətinə ev sahibliyi etmək Səudiyyənin idarəçiləri üçün prestij məsələsidir, çünki İslamdakı ən müqəddəs yerlər onların siyasi legitimliklərinin ən güclü mənbəyidir.

Pandemiyadan öncə müsəlmanların Həcc ziyarətləri krallığın əsas gəlir mənbəyi idi və hər il 12 milyard dollar pul gətirirdi.

2020 və 2021-ci ildə tətbiq olunan məhdudiyyətlər həcc ziyarətində iştirak etmələri qadağan olan xaricdəki müsəlmanları qəzəbləndirmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 34 milyon əhalisi olan krallıqda 751 mindən çox koronavirusa yoluxma, o cümlədən 9055 ölüm halı qeydə alınıb,

Nazirlik martın əvvəlində bir çox COVİD məhdudiyyətlərini, o cümlədən ictimai yerlərdə sosial məsafə saxlamaq və vaksin olunan insanların karantində qalmaq məcburiyyətini aradan qaldırdığını elan edib.