vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
09:48 | 26 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sən kimsən?”

İnsanlıq, vəzifədə olmaqla, “Lexus” sürməklə olmur...

Vahid QASIMOV

Bədbin qonşularımızın bütün dünyada ağlaşma qaldırdıqları gündə pravoslav aləmi müqəddəs Pasxanı qeyd edirdi. Şeyxülislam patriarxı təbrik edib, iftar süfrələrində yeməklərin yanında kuliç qoyulub, xristian qonşumuz isə bayram yeməyinə aş bişirib.

Bakının əhalisi hər zaman müxtəlifdir, cürbəcürdür, fərqli idi. Bakıda həmişə qarşılıqlı hörmət və maraq hökm sürürdü. Milliyətindən asılı olmayacaq bütün bakılı uşaqlar Novruzda paxlavanı, Pasxada kuliçi, Pesaxda matsa yeyirdi. Düşünürəm ki, Azərbaycanın bəzi başqa şəhərlərdə də bənzər mənzərə ilə rastlaşmaq olardı.

Və bunun səbəbini də SSRİ-dəki “xalqlar dostluğu” şüarına bağlamaq səhvdir. Çünki belə hal ondan əvvəl də yaşanırdı, indi də davam edir, sovetlərin digər yerlərində isə eyni mənzərə yoxdur. Sadəcə bu torpaq, bərəkəti, mülayimliyi, ürəyiaçıqlığı, qayğıkeşliyi və qonaqpərvərliyi ilə çoxlarını cəlb edib, qəbul edib, onlara Vətən olub.

Bunu dərk edib qoruyanlara bundan sadəcə udub, anlamayıb qiymət verməyənlərsə, məhrum qalır. Dil, din, mədəniyyət, adət-ənənə fərqli ola bilər. İnsanlıq eynidir. İnsanlarda ən çox buna dəyər vermək lazımdır.

P.S.: İnsanlıq, vəzifədə olmaqla, “Lexus” sürməklə olmur. “Sən kimsən?” sualını başqasına verənin, mənim gözümdə bir insan qədər zərrə kimi hörməti yoxdur.