vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
16:06 | 21 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AYİB-dən 105 milyon dollar

Avropa Azərbaycana külək elektrik üçün kredit ayırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə 105 milyon dollar kredit ayıracaq.

“Kredit alan bu layihəni həyata keçirmək üçün yaradılmış “ACWA Power Azerbaijan” Bərpa Olunan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətidir. AYİB-in Direktorlar Şurası iyulun 20-də keçiriləcək iclasında kreditin ayrılmasını təsdiq etməyi planlaşdırır”, – deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.

Məlumata görə, stansiyanın tikintisi layihəsinin ümumi dəyəri 300 milyon dollardır.

Xəbər verdiyimiz kimi, 2022-ci il yanvarın 13-də gücü 240 MVt olan Xızı-Abşeron külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Layihə çərçivəsində hər birinin gücü 6 MVt olan 40 turbin quraşdırılacaq. Bunlardan 17 külək turbininin Abşeron rayonunun Pirəküşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq.

Layihə “build -own – operate” (tik – sahiblik et – istismarını həyata keçir) prinsipi ilə həyata keçiriləcək. Layihənin investoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Stansiyanın tikinti müddəti 2 ildir.