vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
14:58 | 9 iyul 2022 | Şənbə Məqaləyə 4065 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ETSN-dən kreativ layihə

Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir

Tapdıq FƏRHADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasını davam etdirir.

ETSN-in mətbuat xidmətinin məlumatına görə, bu gün nazirliyin əməkdaşları Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketində aksiyanı davam etdirib. Aksiya zamanı ümumi tutumu 2915 litr olan plastik butulka yığılıb.

Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ümumi tutumu 50 litrdən çox butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı, milli parklara bilet hədiyyə edilib.

“Bu günədək Bakı və regionları əhatə edən 4 aksiya keçirilib və ümumi tutumu 10 min 836 litr olan plastik butulka təhvil alınıb. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib,” o qeyd edib.

Növbəti aksiya Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Rahat” supermarketdə keçiriləcək.