vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
14:00 | 18 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2228 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Növbədənkənar seçki olmayacaq»

İlham Əliyev: «Hansısa qərar vermək üçün hələ tezdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib.

Vaxt.az xəbər verir ki, İlham Əliyev «Sputnik»ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

«Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam» - İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.