vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
17:08 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 1952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Subasma təhlükəsi

Göyçay çayı məcrasından çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Göyçay rayonunun ərazisindən keçən Göyçay çayı məcarasını dəyişib. «Report»un xəbərinə görə, son günlər yağan güclü yağışlar nəticəsində yaranan sel həyatyanı səhələrə dolub və meyvə bağlarına ciddi ziyan vurub.

Göyçay çayın sağ sahilində rayonun Potu, Ulaşlışıxlı, Çərəkə kəndləri, sol sahilində isə Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndləri yerləşir. Subasma əsasən rayonun Potu, Ulaşlışıxlı, Qızılağac və Cəyirli kəndlərinə təsir edir.

Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə bəndvurma işləri aparılmasa, çayın sahilinə yaxın yerləşən evlər sel sularının altında qala bilər: «Çayın sahilinə yaxın olan evlərdə subasma təhlükəsi yaranıb. Kənd sakinlərinə məxsus həyətyanı sahə və pay torpaqlarında əkilmiş meyvə ağacları sel sularının altında qalıb». Göyçay Suvarma Sistemləri İdarəsinin mühəndisi Lətif Əliyev bildirib ki, artıq sahil bəndvurma işlərinə başlanılıb: «Bu istiqamətdə işlərə başlanılıb və Göyçay çayının şəhər ərazisindən keçən hissəsində sahil bəndvurma işləri aparılıb. Müəyyən vaxt ərzində həmin kənd ərazisində də sahil bəndvurma işləri aparılacaq».