vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
19:59 | 13 yanvar 2017 | Cümə Məqaləyə 2322 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, niyə görə belə etdi, anlamırıq»

Opera və Balet Teatrından xalq artistinə cavab

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xalq artisti Mədinə Əliyevanın haqqımda dedikləri tamamilə yanlışdır. Mədinə Əliyeva işdən özü gedib, səbəbini bilmirəm». Bunu Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynova deyib. O bildirib ki, M. Əliyevanın teatrla bağlı səsləndirdiyi ittihamlar doğru deyil:

«Hazırda Opera və Balet Teatrında yaradıcılıq işləri qaydasındadır, iş yüksək səviyyədə gedir. Artistlər yaradıcılıq işlərini davam etdirir, tamaşalar hazırlanır. Deyəsən, Mədinə Əliyevanın işdən ayrılmasının səbəbi ayrıdır, amma bu mənə məlum deyil. Əgər mən onun xoşuna gəlmirəmsə, bu, onun problemidir. Teatrdan kimsə işdən gedir, kimsə onların yerinə qəbul olunur. Bu, normal yaradıcı prosesdir.

Məsələn, yaşayış yerini dəyişməklə əlaqədar işdən çıxan da var, pensiyaya çıxan da var. Mən bir ildən çoxdur bədii rəhbər vəzifəsində çalışıram. O, niyə indi getmək qərarına gəlib, bilmirəm. Bəlkə özü işləmək istəmir? Ona görə deyir ki, mənə iş vermirlər. Mən ona iş verirdim, amma niyə görə belə edib, anlamıram».

Qeyd edək ki, xalq artisti, baletmeyster Mədinə Əliyeva açıqlamasında Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynovaya qarşı müxtəlif ittihamlar səsləndirib.

O bildirib ki, K. Hüseynova bədii rəhbər təyin olunandan sonra 15 nəfər işdən gedib.