vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
16:47 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rədd olun!»

MTN-nin qadın generalı jurnalistləri təhqir etdi

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda çıxış edən prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun Akif Çovdarovun da vəkili olduğunu deyib və ona görə K. Nəsibovun prosesdən uzaqlaşdırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və K. Nəsibov iclasdan uzaqlaşdırılıb.

Təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Sübahir Qurbanovun müdafiəsinə yeni qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclas fevralın 21-nə təyin edilib.

İclasdan sonra jurnalistlər təqsirləndirilən ləğv edilmiş MTN-nin qadın generalı Natəvan Mirvətovadan ittihama münasibət öyrənmək istəyiblər. O, jurnalistlərə «rədd olun» deyərək təhqir edib.