vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:59 | 12 may 2017 | Cümə Məqaləyə 1521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«BET» ləqəbli ...

General daha bir agentin adını açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun hər ay MTN-dən pul mükafatı aldığı açıqlanıb.

Virtualaz.org saytının xəbərinə görə, 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, MTN-də mühasibatlıqdan əlaqəsində olan etibarlı şəxslərə (kod adı BET və TT), Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan İƏ-yə raportlarda qeyd edilən məbləğlərdə vəsait ödənilib.

İttiham aktına əsasən, etibarlı şəxs «BET» - Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. E.Behbudova 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raport ilə hər ay 2 min manat mükafat təyin olunub. 31 may 2014-cü ildə isə onun Strasburqa səfər xərclərinə 2 500 manat ödənilib. «BET»-in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Bundan başqa, «BET» 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

E.Behbudov 2015-ci il noyabrın 14-də, MTN rəhbərliyin ifşa edilməsinə başlanmasından dərhal sonra vəfat edib.