«Erməni xalqı çox şey itirib»
Əli Həsənov: «Status-kvonun tərəflər üçün xeyri yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaçqınkom”a yeni mətbuat katibi
AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi
-
Yasamalda iki yataqxana hər an çökə bilər
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
-
«Məni şantaj edirlər»
Əli Həsənov özü haqqında yazılanlara hiddətləndi: «O insanlar mənə bəllidir»
-
«Artıq o yerə gəlib çatırıq»
Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»
-
«İlk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min ...»
Əli Həsənovdan köçkünlərə şad XƏBƏR: «Tərtərdə 1178 ailəlik qəsəbə, Cocuq Mərcanlıda 100 ev başa çatır»
-
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
-
«Nail günahkar deyil...»
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
-
Avtoşların çıxardığı hoqqalar
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
«Oğlumu geri qaytarsınlar»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
-
«Qeyri-ciddilik və axmaqlıqdır»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
-
«Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?»
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
-
«Ailə üzvlərinizə nəzarət edin»
YAP rəsmisinin Əli Həsənovun nəvəsinin həbsi haqda açıqlama: «Hamıya xəbərdarlıq edildi ki, ...»
-
Qalstuklu «avtoş»
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
-
10 ... 203
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
-
Əli Həsənovun nəvəsi həbs olundu
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüşüb.
Dövlət Komitəsindən «Trend»ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanla Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov bildirib ki, ölkələrimizin münasibətlərinin daha da dərinləşdirilməsi üçün yaxşı potensial var: «Qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə xidmət edir».
Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib: "Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnaməsində, həmçinin ATƏT, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır".
Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb: «Bir sözlə, ötən 20 ildə Ermənistan xalqı bu münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib».
Böyük Britaniyanın bir çox humanitar təşkilatlarının Azərbaycandan olan məcburi köçkünlərə yardımlar etdiyini xatırladan Ə.Həsənov buna görə təşəkkürünü bildirib.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışan komitə sədri bildirib ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faiz idisə, görülən tədbirlər nəticəsində bu gün bu rəqəm 5 faizə endirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll edilməməsinin təəssüf doğurduğunu deyən D.Lidinqton bildirib ki, dünya ictimaiyyəti bu münaqişəyə daha çox diqqət ayırmalıdır. Nazir Böyük Britaniyanın münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət münaqişənin həllinə kömək etməlidir. Hazırkı status-kvonun davam etməsinin tərəflər üçün xeyri yoxdur.
Görüşdən sonra D.Lidinqton Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olub. O, burada məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub.
Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan D.Lidinqtonun diqqətinə çatdırılıb ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi deyib ki, onların yeganə arzusu doğma torpaqlarına qayıtmaqdır.
Sonra qonaq Abşeron rayonunun Masazır qəsəbəsində köçkün ailəsi üçün salınmış məhəllə ilə tanış olub. Qonağa 760 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllədə yaradılmış şərait barədə də məlumat verilib. D.Lidinqton məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlər üçün yaradılmış şəraitlə maraqlanıb, tədris prosesi ilə tanış olub, şagirdlərlə söhbət edib.
Britaniyalı nazir məhəllədə tikilmiş 280 yerlik uşaq bağçasında da olub. Məlumat verilib ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib. D.Lidinqton Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə tanış olub. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.