vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SOSİAL  
12:43 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artıq o yerə gəlib çatırıq»

Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«2017-ci ildə istər iqtisadi, istər münaqişələr baxımından dünyada müşahidə olunan gərgin vəziyyətdə belə Azərbaycan inkişaf yolunu davam etdirib. İlimiz uğurla başa çatmaq üzrədir. Təbii ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın birgə fəaliyyəti və Azərbaycan hökuməti, ölkənin bütün kadr potensialının tam şəkildə prezidentin tapşırıqlarını yerinə yetirməsi sayəsində bu nailiyyətlərə nail olunub».

Bunu APA-ya müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, hələ 2008-ci ildə hökumətin hesabatında prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramını hazırlanması barədə tapşırıq verib: «Dövlət başçısı o vaxt dedi ki, neftin qiyməti nə vaxtsa düşə bilər. Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı. Fikir verin, neftin qiyməti düşdü, düzdür, müəyyən çalxalanmalar oldu, amma Azərbaycan öz iqtisadi stabilliyini itirmədi. Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün Ümumi Daxili Məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq».

Baş nazirin müavini prezident İlham Əliyev tərəfindən son 14 ildə Azərbaycanın inkişafının təmin olunduğunu qeyd edib: «2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur».