«Məni şantaj edirlər»
Əli Həsənov özü haqqında yazılanlara hiddətləndi: «O insanlar mənə bəllidir»
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaçqınkom”a yeni mətbuat katibi
AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi
-
Yasamalda iki yataqxana hər an çökə bilər
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
-
«Artıq o yerə gəlib çatırıq»
Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»
-
«İlk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min ...»
Əli Həsənovdan köçkünlərə şad XƏBƏR: «Tərtərdə 1178 ailəlik qəsəbə, Cocuq Mərcanlıda 100 ev başa çatır»
-
Əli Həsənovun maşını Bakıda qəzaya uğradı
İki nəfər həlak oldu, bir nəfər yaralandı, «Mercedes Gelandewagen» tamamilə yandı
-
«Sumqayıtda 2900 köçkün ailəsi yaşayır»
Əli Həsənov: «Bütün ölkə üzrə isə 35 faiz Bakıda məskunlaşıb»
-
«Gözləri ilə görüblər»
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
-
Qaçqın yataqxanalarına sayğaclar quraşdırılmayacaq
İlham Əliyev fərmana düzəliş etdi
-
«Hamıdan çox sevinirəm»
Cocuq Mərcanlının yeganə sakini: «Bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm»
-
«Bilmədiyinizi danışmayın!»
Komitə sədrindən deputatların köçkünlərlə bağlı təklifinə etiraz
-
Məcburi köçkünlər üçün yeni problem
Onlar da yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməli olacaqlar
-
«Ay erməniyə satılmış?!»
Əli Həsənov: «Hər şeyi öz gözləri ilə görsünlər»
-
Kəlbəcərli girovların ailəsinə şad xəbər
İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin yaxınlarına ev verdi
-
«Erməni xalqı çox şey itirib»
Əli Həsənov: «Status-kvonun tərəflər üçün xeyri yoxdur»
-
Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü
Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib
-
Nazir nədən narazıdır?
Baş nazirin müavini səfirə iradlarını bildirib
«Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil». Modern.az saytının məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.
Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016 –cı il tarixdə torpaq sahəsi ayrılıb.
«Ayrılan yer asfalt örtükdür və həmin ayrılan yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda saytda yerləşdirilən videoda göstərdiyiniz yerin isə həmin ayrılan torpağa aidiyyəti yoxdur.
Bu da növbəti təxribatdır. Bu barədə sizə danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.
Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.
9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də», - deyə Ə. Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, 50 ildir ki, dövlətə xidmət edir.
«Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə, o qədər də xidmətimi davam etdirəcəm.
Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.
Məsəl var: «Quyunu dərin qaz, gen qaz özün düşəcəksən», «Nə atarsan aşına, o da çıxar qarşına» , «Sirkə nə qədər tünd olsa öz qabını çatladar» .
Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.
Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.
Siz məqalənin sonunda qeyd etmisiniz ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırsınız. Xahiş edirəm vədinizə əməl edib mənim müraciətimi dərc edin», - deyə Ə.Həsənov söyləyib.