Nazir nədən narazıdır?
Əli Həsənov səfirə iradlarını bildirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ankara deyən oldu
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
-
“Qaçqınkom”a yeni mətbuat katibi
AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi
-
Yasamalda iki yataqxana hər an çökə bilər
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
-
«Məni şantaj edirlər»
Əli Həsənov özü haqqında yazılanlara hiddətləndi: «O insanlar mənə bəllidir»
-
«Artıq o yerə gəlib çatırıq»
Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»
-
«Bu haqqı hamı qəbul edir»
Həsən Ərk: «Belə şey yoxdur ki, filan millətin haqqı verilsin, filan millətin haqqı verilməsin»
-
«İlk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min ...»
Əli Həsənovdan köçkünlərə şad XƏBƏR: «Tərtərdə 1178 ailəlik qəsəbə, Cocuq Mərcanlıda 100 ev başa çatır»
-
Əli Həsənovun maşını Bakıda qəzaya uğradı
İki nəfər həlak oldu, bir nəfər yaralandı, «Mercedes Gelandewagen» tamamilə yandı
-
«Sumqayıtda 2900 köçkün ailəsi yaşayır»
Əli Həsənov: «Bütün ölkə üzrə isə 35 faiz Bakıda məskunlaşıb»
-
«Gözləri ilə görüblər»
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
-
Qaçqın yataqxanalarına sayğaclar quraşdırılmayacaq
İlham Əliyev fərmana düzəliş etdi
-
«Hamıdan çox sevinirəm»
Cocuq Mərcanlının yeganə sakini: «Bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm»
-
«Bilmədiyinizi danışmayın!»
Komitə sədrindən deputatların köçkünlərlə bağlı təklifinə etiraz
-
Məcburi köçkünlər üçün yeni problem
Onlar da yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməli olacaqlar
-
«Ay erməniyə satılmış?!»
Əli Həsənov: «Hər şeyi öz gözləri ilə görsünlər»
-
Kəlbəcərli girovların ailəsinə şad xəbər
İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin yaxınlarına ev verdi
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl-Barrakı qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İraqda cərəyan edən proseslərdən, bunun nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərdən söhbət açılan görüşdə Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökumətinin bu ölkədə baş verənlərdən, gedən proseslərdən narahatlığını ifadə edərək bildirib ki, hər il dünyada bu cür münaqişələr, konfliktlər nəticəsində milyonlarla günahsız insan əziyyət çəkir, qaçqın və məcburi köçkünlərin sayı getdikcə artır. Lakin çox təəssüflər olsun ki, dünya buna göz yumur, milyonlarla günahsız insanın həlak olmasına, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə biganəlik göstərir.
Bunların bariz nümunəsi kimi, İraqda baş verənləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, bunların nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini önə çəkən Ə.Həsənov qeyd edib ki, dünya birliyi, nüfuzlu beynəlxalq qurumlar, münaqişələrin həlli üçün konkret addımlar atmaq əvəzinə, təəssüflər olsun ki, öz missiyalarını yalnız nəticəsiz bəyanatlar verməklə, kağız üzərində qətnamələr qəbul etməklə yerinə yetirir ki, bu da onlara bəslənilən inam və etimadı günü-gündən azaldır.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsinin 20 ildən çoxdur ki, kağız üzərində qalmasını, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həllində heç bir konkret nəticə əldə edə bilməməsini, 1 milyon 200 min vətəndaşımızın hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirən Baş nazirin müavini bütün bunların arxasında siyasi güclərin iqtisadi maraqlarının dayandığını da istisna etməyib.
Cərəyan edən hadisələr nəticəsində İraqın da qaçqın problemi ilə üzləşdiyi, yüz minlərlə iraqlının evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilən görüşdə qeyd edilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 20 iyun 2014-cü il tarixində verilmiş bəyanatda da qeyd olunur ki, iraqlı qaçqınların ümumi sayı 1 milyon 400 min nəfərə çatıb və bu göstəriciyə görə İraq dünyada ikinci yerdə qərarlaşıb.
Diplomat hər iki dost ölkənin bu cür ağır problemlərlə üzləşdiyindən təəssüfləndiyini bildirib.
Bu cür ədalətsizliklərin sonu olacağına əminlik ifadə olunan görüşdə səmimi qəbula görə minnətdarlığını bildirən iraqlı diplomat İraqı Azərbaycan üçün Ərəb dünyasının, Azərbaycanı isə İraq üçün Cənubi Qafqazın qapısı kimi dəyərləndirib.