Məcburi köçkünlər üçün yeni problem
Onlar da yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməli olacaqlar
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaçqınkom”a yeni mətbuat katibi
AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi
-
Yasamalda iki yataqxana hər an çökə bilər
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
-
«Məni şantaj edirlər»
Əli Həsənov özü haqqında yazılanlara hiddətləndi: «O insanlar mənə bəllidir»
-
«Artıq o yerə gəlib çatırıq»
Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»
-
«İlk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min ...»
Əli Həsənovdan köçkünlərə şad XƏBƏR: «Tərtərdə 1178 ailəlik qəsəbə, Cocuq Mərcanlıda 100 ev başa çatır»
-
Əli Həsənovun maşını Bakıda qəzaya uğradı
İki nəfər həlak oldu, bir nəfər yaralandı, «Mercedes Gelandewagen» tamamilə yandı
-
«Sumqayıtda 2900 köçkün ailəsi yaşayır»
Əli Həsənov: «Bütün ölkə üzrə isə 35 faiz Bakıda məskunlaşıb»
-
«Gözləri ilə görüblər»
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
-
Qaçqın yataqxanalarına sayğaclar quraşdırılmayacaq
İlham Əliyev fərmana düzəliş etdi
-
«Hamıdan çox sevinirəm»
Cocuq Mərcanlının yeganə sakini: «Bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm»
-
«Bilmədiyinizi danışmayın!»
Komitə sədrindən deputatların köçkünlərlə bağlı təklifinə etiraz
-
«Ay erməniyə satılmış?!»
Əli Həsənov: «Hər şeyi öz gözləri ilə görsünlər»
-
Kəlbəcərli girovların ailəsinə şad xəbər
İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin yaxınlarına ev verdi
-
«Erməni xalqı çox şey itirib»
Əli Həsənov: «Status-kvonun tərəflər üçün xeyri yoxdur»
-
Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü
Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib
-
Nazir nədən narazıdır?
Baş nazirin müavini səfirə iradlarını bildirib
Bir həftə bundan əvvəl inhisarçı subyektlərin müraciətləri əsasında tənzimlənən qiymətlərin kəskin bahalaşması məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə güzəştlərin ləğvinə dair müzakirələrə də şərait yaradıb. Bu müzakirələrə əsas yaradan başlıca səbəblərdən biri də növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsinə ayrılacaq vəsaitin 21 faizə qədər azaldılmasıdır.
Belə ki, 2016-ci ildə həmin məqsədlə 224,4 milyon manat vəsait xərclənəcəyi gözlənildiyi halda, gələn ilin büdcəsindən bu illə müqayisədə 46,9 milyon manat az, cəmisi 177,5 mln. Manat vəsait Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün proqnozlaşdırılıb. Halbuki, indiki ağır sosial-iqtisadı şəraiti, eyni zamanda qaz və işığın tariflərində müvafiq olaraq 2 və 1,6 dəfə artımı nəzərə alanda, əksinə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönələcək vəsaitin həcmi artırılmalı idi. Çünki, Azərbaycan Respublikasının «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Qanununa görə, məcburi köçkünlərə mənzil, kommunal xidmətlərindən istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu məqsədlə müəyyənləşdirilmiş normativlərə görə, məcburi köçkünlərə hər ay üçün adambaşına 150 kVt.saatdan, 35 kubmetr təbii qazdan, 5 kub metr sudan pulsuz istifadə etmək hüququ verilir.
Tarif Şurasının son qərarı məcburi köçkünlər üçün də problem yarada bilər. Belə ki, 2 və daha çox ailə üzvlərinə malik olan məcburi köçkünlərin aylıq limitləri əhali qrupu üçün müəyyənləşdirilmiş 250 kVt.saatı keçdiyindən onlar da ödənişlərini yeni tariflərlə həyata keçirməli olacaqlar. Bu isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elektrik enerjisinə görə ödənişlərini artıracaq. Məsələn, 2 uşağı olan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin ailə üzrə elektrik enerjisindən pulsuz istifadə limiti valideynlər də daxil olmaqla 600 kVt saat təşkil edir. Bu halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünə görə 250 kVt saatı 7 qəpikdən, yerdə qalan 350 kVt saatı isə 11 qəpikdən ödəməlidir. Analoji vəziyyət qaz istehlakı illik 1500 kubmetrdən artıq olan çox uşaqlı məcburi köçkün ailələrində də müşahidə oluna bilər. Bu halda əslində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün gələn il bu illə müqayisədə büdcədən daha çox vəsait ayrılmalı idi. Əgər əksinə hazırkı layihədə bu məqsədlə ayrılacaq vəsait 21 faiz azaldılıbsa, onda ya maliyyə çətinliyi əsas götürülməklə 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırıldığı kimi gələn ildən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin güzəşlərinin bir qismi onlardan geri alınacaq, ya da 2017-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirləri üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə nəzərdə tutulan 177,5 milyon manat artırılacaq.
Hesab edirəm ki, hazırkı şəraitdə ən düzgün qərar Milli Məclisin 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı məcburi köçkünlərin və onlara bərabər tutulan sosial müdafiəsinin gücləndirilməsinə yaranmış kəskin sosial ehtiyacı və kommunal xərclərin artımını əsas götürməklə onlara ayrılacaq vəsaitin məbləğini ən azı 50 faiz artırmaq olardı. Əks təqdirdə, onsuz da ağır sosial şəraitdə yaşayan, pis güzərana malik olan məcburi köçkün və onlara bərabər tutulan şəxslər də yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməlidir. Yeni iqtisadi gerçəkliyı Milli Məclisin vitse-spikeri artıq göstərib. Qaçqınlar və məcburi köçkünlər də, digər yoxsul vətəndaşlar kimi hökumətdən gözləntilərini arxa plana atmalı, kasıb yaşamağa öyrəşməli (guya ki, varlı yaşayırdılar?!) və ayaqlarını yorğanlarına görə uzatmalıdırlar.