«İlk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min ...»
Əli Həsənovdan köçkünlərə şad XƏBƏR: «Tərtərdə 1178 ailəlik qəsəbə, Cocuq Mərcanlıda 100 ev başa çatır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qaçqınkom”a yeni mətbuat katibi
AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi
-
Yasamalda iki yataqxana hər an çökə bilər
Hər an yanmaq təhlükəsi olan binanın zirzəmisi qrunt sularıyla dolub ...
-
«Məni şantaj edirlər»
Əli Həsənov özü haqqında yazılanlara hiddətləndi: «O insanlar mənə bəllidir»
-
«Artıq o yerə gəlib çatırıq»
Əli Həsənov: «2020-ci ildə Azərbaycanda bir yoxsul belə qalmayacaq»
-
Əli Həsənovun maşını Bakıda qəzaya uğradı
İki nəfər həlak oldu, bir nəfər yaralandı, «Mercedes Gelandewagen» tamamilə yandı
-
«Sumqayıtda 2900 köçkün ailəsi yaşayır»
Əli Həsənov: «Bütün ölkə üzrə isə 35 faiz Bakıda məskunlaşıb»
-
«Gözləri ilə görüblər»
«Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur»
-
Qaçqın yataqxanalarına sayğaclar quraşdırılmayacaq
İlham Əliyev fərmana düzəliş etdi
-
«Hamıdan çox sevinirəm»
Cocuq Mərcanlının yeganə sakini: «Bir dəfə də olsun bu kənddən çıxmağı düşünməmişəm»
-
«Bilmədiyinizi danışmayın!»
Komitə sədrindən deputatların köçkünlərlə bağlı təklifinə etiraz
-
Məcburi köçkünlər üçün yeni problem
Onlar da yeni iqtisadi gerçəklikdə «yaşamağı» öyrənməli olacaqlar
-
«Ay erməniyə satılmış?!»
Əli Həsənov: «Hər şeyi öz gözləri ilə görsünlər»
-
Kəlbəcərli girovların ailəsinə şad xəbər
İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin yaxınlarına ev verdi
-
«Erməni xalqı çox şey itirib»
Əli Həsənov: «Status-kvonun tərəflər üçün xeyri yoxdur»
-
Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü
Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib
-
Nazir nədən narazıdır?
Baş nazirin müavini səfirə iradlarını bildirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə Kollegiya iclası keçirilib.
VAXT.AZ xəbər verir ki, iclasda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu il minlərlə məcburi köçkün ailənin yeni evlərlə, mənzillərlə təmin olunacağını, bu prosesin gələn il də davam etdiriləcəyini bildirib.
Ə.Həsənov hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərin çox olduğunu, dövlətin bu məsələnin tezliklə həllini tapması üçün əlindən gələni etdiyini qeyd edib. Komitə sədri yaxın günlərdə Tərtər rayonunda məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən 1178 ailəlik yeni qəsəbənin istifadəyə veriləcəyini nəzərə çatdırıb. Eyni zamanda Azərbaycan prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir.
Ə.Həsənov Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirib. İlk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: «Bu proses mərhələli yollarla həll edilir. Həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir».