vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
18:54 | 24 may 2017 | Çərşənbə Məqaləyə 2873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı bu dəfə də heyran etdi»

«Huffington Post»: «Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün dünyanın diqqətinin Donald Trampın Səudiyyə Ərəbistanının liderlərinə müraciətinə yönəldiyi bir vaxtda, digər müsəlman ölkəsində böyük beynəlxalq tədbir keçirilib.

«Trend»in məlumatına görə, bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun «Huffington Post» qəzetində dərc olunan məqaləsində yer alıb.

Məqalədə yazılıb: «Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarını keçirib. Son müddətdə müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də baxımlı və heyranedici şou təşkil edib».

Müəllif qeyd edib ki, Bakıda keçirilmiş Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsi rəmzi xarakter daşıyıb. Onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğur əldə etməsi təmin olundu».

E.Süleymanov yazır: «ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışırdı. Azərbaycanın ABŞ, Avropa, İsrail və müsəlman ölkələri ilə tərəfdaşlıqda irəli sürdüyü təşəbbüslər qlobal miqyasda əldə edilmək istənən müxtəlifliyi qeyd etməyə və öz strateji mövqeyindən səmərə əldə etməyə imkan verən nümunədir».