vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:34 | 9 iyul 2017 | Bazar Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı az qala Moskvanın güdazına gedirdi

ATƏT-in Parlament Assambleyası Azərbaycana qarşı qətnamədən imtina etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləmişdi.

Xatırladaq ki, ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir.

Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində «Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı», bildirilir.

Qətnaməni təqdim edərkən onun müəllifi – isveçli deputat Kristian Holm-Barenfeld qeyd edib ki, sənəddə Azərbaycanda, Belarusda və Rusiyada demokratik vəziyyətin pisləşməsi ilə bağlı qayğı əksini tapıb.

Ancaq, bu gün bu qətnamənin layihəsi ATƏT-in Parlament Assambleyasının plenar iclasında müzakirəyə çıxarılıb. Bu dəqiqələrə ümumi komitənin iclasında daha əvvəl qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirə və səsvermə başa çatıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə virtualaz.org-a bildirib ki, Azərbaycandakı pozuntular haqda bənd ilkin layihədən çıxarılıb. Beləliklə, ATƏT-in PA-nın deputatları qətnamənin antiazərbaycan hissəsinə səs verməkdən imtina ediblər.