vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:49 | 20 iyul 2017 | Cümə axşamı Məqaləyə 2387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5 milyard xərclənib, 1,5 çatmır

Türkmənbaşı nazirini Bakıya pul dalınca göndəribmiş

G.ƏLİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Son bir neçə gün ərzində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Özbəkistana, Tacikistana, Gürcüstana və Azərbaycana baş çəkib, həmkarları və dövlət başçıları ilə görüşlər keçirib.

Virtualaz.org xatırladır ki, əvvəlcədən bildirildiyi kimi, görüşlər zamanı müxtəlif sferalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Bakıya 18 iyulda gəlib və Türkiyənin, Azərbaycanın, Türkmənistanın XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak edib. Amma «Azatlık» Radiosunun hökumətdəki mənbələrinə istinadən bildirdiyinə görə, Meredovu turneyə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov göndərib. O, Meredov vasitəsilə dövlət başçılarından Türkmənistana maliyyə yardımı etməyi xahiş edib.

Mənbənin bildirdiyinə görə, Türkmənistana sentyabr ayında Aziadanın keçirilməsi üçün təcili ən azı 1,5 milyard dollar lazımdır.

«Prezident Meredova səfər etdiyi ölkələrin prezidentlərilə borc verilməsi ilə bağlı danışıqlar aparmağı tapşırıb. Son səfərlərin əsas məqsədi məhz budur. İndi Aziada xərcləri üçün əlavə olaraq 1,5 milyard dollar lazımdır. Bu bizim üçün böyük məbləğdir. Prezident üçün Aziada əsas layihədir, artıq qonaqlar da dəvət edilib, amma pul yoxdur. Mürəkkəb vəziyyət yaranıb, buna görə də o, Meredovu borc pula görə prezidentlərə şəxsi xahişini çatdırmaq üçün göndərib”, - deyə mənbə yazır.

Bundan başqa, prezident Berdiməhəmmədov TAPİ qaz kəmərinə investisiyalara bel bağlayırdı, ancaq layihəyə pulu qoymağı arzu edənlər hələ də tapılmayıb.

Xatırladaq ki, Türkmənistan Aziadanın keçirilməsinə yalnız rəsmi hesablamalara görə, 5 milyard dollardan çox pul xərcləyib.