vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
14:15 | 16 avqust 2017 | Çərşənbə Məqaləyə 3032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Turan»da axtarışlar gedir

Vergilər Nazirliyinin əməkdaşları informasiya agentliyindən mühasibat sənədlərini tələb ediblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarından etibarən Vergilər Nazirliyinin vergi cinayətlərinin ibditai istintaqı Departamentinin əməkdaşları «Turan» İnformasiya Agentliyinin ofisində axtarışlara başlayıblar.

Virtualaz.org xəbər verir ki, ofisə daxil olan vergi əməkdaşları agentliyin bütün mühasibat sənədlərini tələb ediblər. Vəkil Fuad Ağayev özünün «Facebook» səhifəsində «Turan» agentliyində «hərtərəfli yoxlama getdiyini» bildirib.

Xəbər verildiyi kimi Vergilər Nazirliyi «Turan» agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb. «Turan» vergidən yayınma ittihamını qəbul etmir.