vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
11:46 | 6 dekabr 2018 | Cümə axşamı Məqaləyə 730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?

Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir

Qalib TOĞRUL

MÖVZU İLƏ ƏLAQƏLİ

Növbəti ildən sadələşdirilmiş vergi ilə bağlı nəzərdə tutulan mühüm dəyişikliklərin kökündə duran ən böyük səbəb bu sahədə vergidən yayınma riskinin yüksək olmasıdır. Məlumdur ki, bu verginin ödəyiciləri əsasən ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlardır. Sonuncu dəfə 2 il əvvəl Vergilər Nazirliyi dövriyyəsi 200 min manatdan yuxarı olan iri ticarət və ictimai iaşə obyektləri üçün məbləği qaldırıb, vergini də müvafiq olaraq 6 faiz və 8 faiz təyin etməklə vəziyyətdən çıxmaq istədi, ancaq təəssüf ki, bu addım da uğurlu nəticə qazanmağa imkan vermədi.

Belə görünür ki, bu dəfə Vergilər Nazirliyi daha radikal addımlar atmaqda qərarlıdır. Topdansatış ticarətin sadələşdirilmiş vergi ödəyiciləri siyahısından çıxarılması birmənalı şəkildə müsbət qiymətləndirilməlidir. Bir neçə il öncə Vergi Məcəlləsində topdansatış ticarətlə pərakəndə ticarət anlayışlarının dəqiqləşdirilməsi, bu iki ticarət forması arasında sərhədlərin cızılması hazırkı islahatlar üçün müəyyən mənada özül rolunu oynayıb. Topdansatış ticarətdə dövriyyənin yüksək olması və vergidən yayınmanın yüksək olması faktdır, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq lüksü tanınmamalıdır.

Fikrimcə, bu siyasətə paralel olaraq sabit vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məsələsinə də baxıla bilərdi. Məsələn, konkret meyarlar (obyektin sahəsi, işçi sayı və sair) tətbiq etməklə, kiçik pərakəndə ticarət və ictimai iaşə subyektlərini sabit vergi ödəyiciləri siyahısına daxil etmək mümkün idi. Bu həmin vergi ödəyicilərinin hesabatlılıqla bağlı yükünü də azaldardı.

Bugünədək sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlıq subyektlərinin yanvarın 1-dən mənfəət və ya gəlir vergisi ödəyicisi olmalarının onların xərclərinin və gəlirlərinin uçotu məsələlərinin təşkilində çətinliklər yaradacağı şübhəsizdir. Sənədləşmə ilə bağlı tələblərin sərtləşdirilməsi, maliyyə sanksiyalarının məbləğlərinin artırılması (58.8, 58.8.1, 58.8.2 və 58.8.3) və yeni maliyyə sanksiyalarının tətbiqi (58.13, 58.14, 58.15) sahibkarlardan uçotla bağlı məsələdə xüsusi həssaslıq və yüksək diqqət tələb edir.

Təəssüf ki, son bir ayda mikro və kiçik sahibkarlıq subyektlərinin nümayəndələrilə söhbətlərdən gəldiyim qənaət belədir ki, əksər vergi ödəyicilərinin yeni dəyişikliklərlə bağlı məlumatlılıq səviyyəsi 0-ın altındadır. Maarifləndirmə ilə bağlı əhatə dairəsi böyük olan daha işlək mexanizmlərin tətbiqi qaçılmazdır. Ən azından vergi orqanlarının nümayəndələrinin təhkim olunduqları sahibkarlıq subyektlərini yerində təlimatlandırmaları lazımdır.

Dəyişikliklərdə nəzərdə tutulur ki, pərakəndə ticarət və ictimai iaşədə gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılsın.

Bu təqdir olunmalı addımdır, ancaq bu tip müddəaların tətbiqi ilə bərabər, 1 faiz nağdlaşdırma vergisinin ləğvi doğru olardı və vergi ödəyiciləri Vergilər Nazirliyindən bu addımı gözləyirdi. Çünki sadələşdirilmiş vergi adlandırılan bu tutulma Vergi Məcəlləsinin təkrar vergitutma ilə bağlı tələblərinə ziddir və sahibkarlara münasibətdə çox ağır inzibati metoddur. Nağdsız ödənişlərin xüsusi çəkisinin artırılmasını birtərəfli qaydada sahibkardan tələb etmək doğru deyil, bunun üçün ilk növbədə, sağlam bank-maliyyə mühiti, texniki infrastruktur imkanları təmin edilməlidir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *