11:53 | 6 dekabr 2018 | Cümə axşamı
Məqaləyə 3034 dəfə baxılıb
Şriftin ölçüsü
AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin “Foto və söz” kitabı işıq üzü görüb.
Nəşr metodik vəsait kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə çap olunub.
Kitabın
redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Esmira
Ağababaqızı, rəyçiləri - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri
Mirnaib Həsənoğlu, “Foto və söz hörgüsü” adlı “Ön söz”ün müəllifi isə Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovdur.
Vəsaitdə müəllif sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi
əsasında çəkdiyi şəkillər vasitəsilə təqdim edir. Bundan əlavə, “Dünya
fotoqrafiya tarixindən”, “Azərbaycanda fotoqrafiya”, “Yaxşı fotoqrafiyanın sirləri”,
“Bədii yaradıcılıqda foto”, “Fotojurnalist publisist və araşdırıcıdır” və digər
başlıqlar altında oxucuya fotoqrafiyanın tarixi, xüsusiyyətləri, inkişaf mərhələləri
təqdim olunur.
Kitab ali məktəblərin jurnalistika fakültələrinin tələbələri, fotomüxbirlər, həvəskar fotoqraflar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

