vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAHİBKARLIQ  
17:17 | 18 fevral 2019 | Bazar ertəsi Məqaləyə 2577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2 nazirlik birlikdə nəyi müzakirə edib?

“Sənəd tezliklə qəbul olunacaq”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rəqabət Məcəlləsi Milli Məclisdə III oxunuşda müzakirəyə hazırlanır. İnanıram ki, sənəd tezliklə qəbul olunacaq”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev  Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” adlı forumunda sahibkarların həmin məcəllənin hələ də qəbul edilməməsi ilə bağlı narazılığına münasibət bildirərkən deyib.

Nazir onu da bildirib ki, iş adamlarının qaldırdıqları məsələlərin həlli yolları Vergilər Nazirliyi ilə birgə müzakirə edilib.

“Hesab edirəm ki, müasir innovativ həllər tətbiq etməklə bu problemləri aradan qaldırmaq olar. Mən burda çox danışmaq istəmirəm. Ona görə də bu məsələyə qısa toxundum. Əgər ətraflı danışsaydım, gərək 3 saat sizdən vaxt istəyim”, - bildirib.

Vergilər naziri Mikayıl Cabbarov isə sahibkarların Azərbaycan məhkəmələrinin onların hüquqlarını müdafiə etməməsi ilə bağlı iddialarına münasibət bildirib və bunun doğru olmadığını deyib.