
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
Yeni “Vergi Məcəlləsi”nə sözardı
Sahibkarlara divan tutan vergi məmuru da...
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
İki kabinetli yeznə əldən gedir; Namiq Quliyevin oğlunun «CASPEL» şirkəti milyonları necə mənimsəyib?
Minimum əmək haqqının 180 manata çatması dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini artıracaq. 842 min fərdi sahibkarın və 1 milyon 750 min nəfər torpaq mülkiyyətçisinin isə sosial sığorta ayırmalarını artıracaq. İddialara görə, minimum əmək haqqının artımından ən yaxşı yalda 600 min nəfər udur, 2 milyon 592 min nəfər isə uduzur.
Əslində bu cür yanaşma düzgün deyil.
Birincisi, minimum əmək haqqının artması nəticəsində sosial sığorta ödənişlərin artımı həmin şəxslərin pensiya kapitalına yönəldilir ki, bu da gələcəkdə təyin olunan pensiya məbləğlərinin daha yüksək rəqəmlə ifadə olunması və daha erkən minimum pensiya təminatının formalaşmasına imkan yaradır. Yəni cari baxımdan uduzsa da, perspektivdə daha təminatlı və yüksək gəlir əldə edir. Əvvəlki qanunvericiliklə pensiya kapitalına yönəldilən illik məbləğ 702 manat təşkil edirdi ki, bu halda minimum pensiya təminatını əldə etmək üçün 25 il işləmək lazım gəlirdi. Artımdan sonra isə pensiya kapitalına yönəldilən illik məbləğ 972 manat təşkil edir ki, bu halda minimum pensiya təminatı hüququ 18 ilə, yəni, 7 il tez yaranır.
İkincisi, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə bütün ölkə üzrə sadələşdirilmiş verginin dərəcəsi 2 faiz müəyyən edilməsi, kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normalarının (ikiqat) tətbiqi, gəlirin və xərcin uçotunu qanunla müəyyən olunmuş qaydada aparan kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olması, mikro sahibkarlıq subyektlərinin 5 faiz dərəcə ilə (mənfəətin 75 faizi) mənfəət və ya gəlir vergisinə cəlb olunması nəzərdə tutulub. Kənd təsərrüfatına yaralı torpaq mülkiyyətçiləri olan şəxslər üzrə isə artımdan sonra belə onlar tərəfindən sığorta haqlarının məbləği cüzi təşkil edir. Belə ki, pensiya kapitalına yönəldilən illik məbləğ 117 manat təşkil edir ki, bu da minimum pensiya təminatının formalaşdırılmasına imkan vermir və dövlət həmin şəxslərin minimum pensiya təminatına çatdırılmasını öz vəsaiti hesabına təmin edir. Bununla yanaşı qeyd edilməlidir ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılıb.
Üçüncüsü, vergi gəlirlərin yenidən bölüşdürülməsində ən effektiv vasitələrdən biridir. Hətta, böyük bir qrupun ziyanına olsa belə, aztəminatlı təbəqənin gəlirlərinin artımı təmin edilməlidir. Sadə dildə desək, gəliri 1000-2000 manat olan fərdi sahibkarın gəlirindən 15-20 manat yoxsul təbəqənin gəlirinə əlavə etmək daha ədalətlidir, nəinki yoxsulların gəlirini sabit saxlamaqla çoxluğun maraqlarını güdmək. O məntiqlə minimum əmək haqqı anlayışını ləğv edib, yoxsulları Tanrının ümidinə buraxmaq lazımdır. Bir daha təkrar edirəm ki, fərdi sahibkarlar bu məsələdə cari ziyana düşür, perspektivdə isə böyük hesabla qazanır.