vaxtlı-vaxtında oxuyun! Bazar, 20 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
16:48 | 4 may 2018 | Cümə Məqaləyə 1026 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Nə vaxtsa qarşılaşacağıq”

Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”

MÖVZU İLƏ ƏLAQƏLİ

Mətbuat vergilər naziri Mikayıl Cabbarovun ötən gün sahibkarlarla görüşündəki çıxışından yeni fraqmentləri yayıb. Çıxışında nazir deyib ki, sahibkarların indiyədək vərdiş etdikləri iş üslubunu dəyişməsinin asan olmadığını nəzərə alır və bunun üçün 2018-ci ili yeni reallıqlara, yəni vergi şəffaflığının təmin olunmasına uyğunlaşmaq üçün “keçid ili” hesab edir.

“Başa düşürük ki, oturuşmuş biznes təcrübəsini, iş üsulunu bir günə dəyişmək mümkün deyil. Yəni hər bir müəssisəyə adaptasiya üçün vaxt lazımdır. Buna görə də açıq şəkildə deyirik ki, 2018-ci ilə keçid ili kimi baxmağa hazırıq. Amma bu keçid prosesi həqiqətən olmalıdır?” - nazir deyib.

Mikayıl Cabbarovun sözlərinə görə, bu şansdan istifadə etməyən vergi ödəyicilərinə qarşı qanunun tələbinə uyğun tədbirlər görüləcək: “Vergi ödəyicisi deyə bilər ki, bəli, bu yolla getməyə hazırıq, siz bizə bu yolla getməyin yolunu göstərin və zəmanət verin ki, məni aldatmayacaqsınız. Biz bu sualları cavablandırmalıyıq. Amma vergi ödəyicisi həm də deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun. Bu da seçimdir. Fərq ondan ibarətdir ki, 2-ci qrupla danışmaq mənim və həmkarlarım üçün vaxt itkisidir. Əgər biznesmen bu seçimi adaptasiya ilə müqayisədə aşağı riskli hesab edirsə və deyirsə ki, mən dəyişməyəcəm, istədiyim kimi işləyəcəyəm, biz onu nəyəsə məcbur edə bilmirik. Amma nə vaxtsa qarşılaşacağıq. Bu zaman onunla fərdi qaydada vergi öhdəliyi və qanunvericiliyin tələbi barədə danışacağıq. Çünki qanun var”.

Nazir həmçinin deyib ki, vergi ödəyicilərinin fəaliyyətlərindəki çətinliklərin bir qismi qanunvericilik və inzibatçılıqla bağlıdır: “Biz vergi ödəyicilərinin müəyyən problemlərinin olduğunu bilirik və qəbul edirik ki, bu problemlərin müəyyən hissəsi inzibatçılıqdan, müəyyən hissəsi isə qanunvericilikdən irəli gəlir. Çətinlik həm də ondadır ki, hansısa sahədə fəaliyyət göstərən bütün şirkətlər eyni cür işləyir. Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi. Çünki holdinqlər iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun kifayət qədər böyük hissəsidir və ilkin mərhələdə onlarla bu müzakirələri aparıb böyük bir təbəqəni əhatə etmiş olarıq”. (Report)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *