vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:56 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 1049 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Apellyasiya Mehman Əliyevi həbsdə saxladı

Məhkəmə iclası qapalı keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Apellyasiya Məhkəməsi «Turan» İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayətini təmin etməyib. Yasamal rayon Məhkəməsinin çıxarmış olduğu qərar qüvvədə saxlanılıb. Məhkəmə iclası qapalı keçirilib.

Məhkəmə prosesi başa çatdıqdan sonra mediaya açıqlama verən Mehman Əliyevin vəkili Fariz Namazlı Avropa Məhkəməsinə müraciət ediləcəyini deyib və məhkəmənin bugünkü qərarını qanunsuz adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» İA-nın fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, agentlik vergidən yayınmalara yol verib. M.Əliyev ittihamları qəbul etmir.

Agentliyin bank hesabları dondurulub.

«Turan» İA-nın kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də «Turan» İA-nın əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar agentliyə qarşı qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *