vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:35 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 1020 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin bir günlük Ankara səfəri

Rusiya prezidenti jurnalistlərdən niyə qaçdı?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də bir günlüyünə Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşdü. Putinin Ankaraya səfərinin iki əsas məqsədi var idi.

Birincisi, Putin Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıracaq “Türk axını” boru xəttinin tikintisinin vaxtında başa çatacağına dair Ərdoğandan təminat almaq istəyirdi və həmin təminat Kreml sahibinə verildi.

İkincisi, Putin Rusiyanın Türkiyədə atom elektrik stansiyasını vaxt itirmədən tikintisinə başlamasında maraqlıdır. Bu saziş Rusiyaya on milyardlarla dollar gəlir gətirəcək.

Ərdoğan da Putinlə görüşdən qazanclı çıxdı.

Birincisi, Rusiyanın «S-400» raketlərinin Türkiyəyə çatdırılması prosesinə başlanılıb. Bu həm Türkiyə, həm də Rusiya üçün vacib anlaşmadır. Türkiyə Qərb ölkələrindən ala bilmədiyi müasir raketlərə sahib olur, Rusiya isə tarixində ilk dəfə NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirdi.

İkincisi, nəhayət ki, Rusiya öz bazarını Türkiyə pomidorları üçün açdı. Bu məşhur təyyarə olayından (Türkiyənin hava sahəsinin pozulması nəticəsində Rusiyanın hərbi təyyarəsi vurulmuş və nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşmişdi) sonra iki ölkə arasındakı münasibətlərdə həll olunmamış yeganə məsələ idi.

Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətə baxışı da bir-birinə yaxındır. Hər iki dövlət Suriyada əməkdaşlıq edir, bir-birlərinin maraqlarına zidd addım atmırlar.

Putinin Ankaraya səfəri zamanı sadəcə bir məsələ müəmmalı qaldı. Putin və ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Şimalı İraqdakı referendumla bağlı Iraqın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlamışdılar. Ancaq Putin və Rusiya XİN bu məsələyə bir cümlə ilə münasibət bildiriblər.

Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab vermədi. Halbuki, Ərdoğan suallara cavab verməyə hazır idi. Görünür, Putin türkiyəli jurnalistlərin ona Şimali İraqdakı referendum və kürdlərin lideri Məsud Bərzani ilə bağlı sual verəcəklərini anladığından mətbuat konfransında sadəcə bu mövzuda bir cümləlik açıqlama ilə kifayətləndi. Bu da ondan irəli gəlir ki, Putin Kürdüstan mövzusunda tərəfdaşları İraq, Türkiyə və İranın maraqlarına toxunmaq istəməsə də, müxtəlif kürd qruplaşmalara qarşı kəskin fikir də söyləmək istəmir. Putinin həmin qruplara gizli simpatiyası var...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)