vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
17:54 | 9 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyə «S-400»lərdən imtina edə bilər»

Mövlud Çavuşoğlu: «Zenit-raket sistemlərinin birgə istehsalı üzrə anlaşma əldə olunmasa, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyə «S-400» zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər».

«Report» xəbər verir ki, bu barədə KİV-ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb.

«Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik», - M.Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Ankara ölkənin hava məkanını qorumaq üçün təcili şəkildə «S-400» almalıdır.

«Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan «S-400» almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər», - XİN başçısı bildirib.